hemle

Rusiyadan AZAL-ın vurulan təyyarəsi ilə bağlı üçüncü cəhd - Moskva nə istəyir?

Tarix:Bu gün, 09:46
Baxış Sayı:501

AZAL-ın Rusiya tərəfindən vurulan təyyarəsi ilə bağlı materialların bu həftə açıqlanması gözlənilsə də, proses uzanır. Əslində Beynəlxalq Mülki Aviasiya Təşkilatının (ICAO) nizamnaməsinə görə, mülki təyyarə qəzalarının səbəbləri ilə bağlı ilkin hesabat bir ay müddətində dərc olunmalıdır. Dekabrın 25-də baş verən qəzadan bir ay 4 gün keçməsinə baxmayaraq, hesabatın açıqlanması uzanır.

Problemin Rusiyadan qaynaqlandığı sirr deyil. Son günlər Rusiya mediası üzərindən Azərbaycana qarşı aparılan kampaniya da Kremlin məsuliyyətdən yayınmağa çalışdığını təsdiq edir.

Təyyarənin vurulmasından sonrakı dövrdə Rusiya iki belə cəhd edib:

- vurulma faktının gizlədilməsi məqsədilə müxtəlif versiyalar tirajladılar;
- vurulma faktını gizlədə bilməyəndə məsuliyyətin bölüşdürülməsi gedişini etməyə çalışdılar;

Hər iki cəhd nəticə vermədi, hazırda Bakıya qarşı informasiya hücumları, səfirin Rusiya XİN-ə dəvət edilməsi və s. üçüncü – təzyiq cəhdidir. Buna paralel olaraq, diplomat kanallarla müzakirələr də davam edir. Putinin xüsusi nümayəndəsi Titovun 27-28 yanvarda Bakıya səfəri də bu kontekstdə diqqət çəkir.

Görünür, günahkarları cəzalandırmaq və kompensasiya ödəmək istəməyən Rusiya məsuliyyətdən yayınmaq, yaxud ən azı onu bölüşdürməyin yollarını axtarır.

Digər xəbərlər
21:59 Azərbaycanda doktorantura birpilləli sistemə keçirilə bilər - RƏSMİ
21:57 Saxta plastik cərrahlar üçün SON GÜN - Sabahdan....
21:54 Elektron Təhlükəsizlik Xidməti “Telegram” platformasında fişinq hücumlarının artması ilə bağlı xəbərdarlıq edir!
15:02 Aliment ala bilməyənlərə ŞAD XƏBƏR: Fond yaradılır, dövlət qarşılayacaq
14:59 Novruzda 11 gün iş olmayacaq: əlavə 2 gün də...
14:51 Ölümcül allergik reaksiya yaradan "Lay's" cipsləri satışdan yığılır - Azərbaycanda durum necədir?
14:48 Yanvarın son gününə olan hava proqnozu
14:45 Nəzrinin ölümünə görə həbs edilən tanınmış həkim barəsində qərar verildi