hemle

Xarici qüvvələr sərhədimizdə qaldı - Ermənistanın planı nədir?

Tarix:30-01-2025, 09:41
Baxış Sayı:1

Avropa İttifaqının Ermənistanda əsas fəaliyyət zonası Azərbaycanla sərhəd olan müşahidə missiyasının fəaliyyəti daha iki il – 2027-ci ilin 19 fevral tarixinə qədər uzadılıb. Bu, 17 maddəlik sülh sazişi mətnindəki “üçüncü ölkələrə məxsus qüvvələrin sərhəddən çıxarılması” müddəasının İrəvan tərəfindən yerinə yetirilməməsi – imtina edilməsi deməkdir. Və sülh sazişinin imzlanmasını növbəti dəfə sual altına salır.

Hərçənd, Aİ qüvvələrini sərhəddə saxlayan Ermənistan iki istiqamətdə səylərini artıracaq.

Birincisi, sülh sazişinin razılaşdırılmış 16 maddə üzrə imzalanmasını aktuallaşdıracaq;

Paşinyanın Bakıya ünvanladığı açıq təkliflərdə “90 faiz razılaşdırılmış sənədi imzalamaq” qeydi də yer alırdı və rəsmi İrəvan bununla Bakını “sülhdən yayınan” tərəf kimi təqdim etməyə çalışır. “Razılaşdırılmış maddələr” mövzusunu davam etdirən Ermənistan ATƏT-in Minsk qrupunun de-yure ləğv edilməsi məsələsini də “üçüncü ölkələrə məxsus qüvvələrin sərhəddən çıxarılması” tələbi ilə əvəzləməyə çalışacaq.

İkincisi, Aİ qüvvələrinin fəaliyyətini sərhədin delimitasiyası ilə eyniləşdirməyə çalışacaq;

Ermənistan təklif edir ki, Aİ missiyasını sərhədin delimitasiya edilmiş hissəsindən çıxarsın. Bu, həm Bakının tələbi qarşısında kontr-tələbdir, həm də delimitasiyanı öz maraqlarına uyğun reallaşdırmaq cəhdidir. Bakı “üçüncü ölkələrə məxsus qüvvələri” sərhəddə istəmirsə, bütün delimitasiyanın Ermənistanın maraqlarına, mövcud prinsiplərə uyğun aparılmasını sürətləndirməlidir, əks təqdirdə, “müşahidə missiyası”nın fəaliyyətini tələb kimi qoymamalıdır.

Görünür, 2025-ci ildə də sülh sazişi danışıqlarında tərəflərin uzlaşma imkanları geniş olmayacaq.

Digər xəbərlər
16:54 Sürücülərin NƏZƏRİNƏ: bu küçə təmirə bağlanır
16:48 Mənzilimizi niyə sığorta etdirmək istəmirik? - Qanun var, amma...
16:45 Həftəsonu bəzi yerlərə yağış yağacaq
16:43 Ambulator müalicə alan xəstələrə şad xəbər: Pulsuz dərman təminatı nə vaxt başlayacaq?
16:34 Polkovnik: 972 mina xəritəsi Azərbaycana təhvil verilib, 8-i isə hazırlanır
14:16 Qonşu ölkə işıqsız qaldı
14:13 Bank kartınızdakı pulları belə qoruyun
14:11 Çinin Zəngəzur dəhlizinə yanaşması diqqət çəkir - "Kaspi"nin TƏHLİLİ