hemle

İrəvan Bakıya adam göndərmək üçün şərt irəli sürür - COP29 PLANI

Tarix:30-10-2024, 13:52
Baxış Sayı:448



Ermənistan Bakıda keçiriləcək COP29 tədbirində iştirak etmək üçün Azərbaycan qarşısında şərt irəli sürür.

Ermənistan baş naziri aparatının rəhbəri Arayik Arutyunyan sülh sazişi üzrə irəliləyişin İrəvanın COP29-da iştirak etmək qərarına təsir edə biləcəyini deyib.

“Azərbaycanla sülh sazişinin bütün bəndlərinin razılaşdırılması imkanı var. Biz başlanmış prosesin yaxın gələcəkdə sülh sazişinin imzalanmasını reallığa çevirəcəyinə ümid edirik. İrəliləyiş olarsa, bu, İrəvanın COP29-da iştirak qərarına təsir edə bilər. Bununla yanaşı, bir çox şərtlər bu qərara təsir edəcək”, - deyə o bildirib.

Qeyd edək ki, Ermənistan sülh sazişinin razılaşdırılmış bəndlər üzrə imzalanmasını, razılaşdırılmamış bəndlərin sonraya saxlanılmasını təklif edir. Bu, Azərbaycanın tələblərinin arxa plana keçirilməsi planının tərkib hissəsidir.

Digər xəbərlər
10:26 Qara dəniz üzərində 3 raket məhv edildi - Kim atıb?
10:23 Bu şəxslər yenidən həbs oluna bilər
10:21 Azərbaycanda Qurban bayramı qeyd olunur
10:17 Çinin yeni gizli döyüş təyyarəsi - Görün nələrlə təchiz edilib
10:15 Rusiya HƏRƏKƏTƏ KEÇDİ - Ukraynada kritik infrastrukturlar VURULUR
10:12 Paşinyanla keşişlərin amansız savaşı: Ermənistanda nə baş verir?
10:10 Bu günün hava proqnozu açıqlandı
10:07 Bakıda bayram namazı qılındı