hemle

Ombudsmandan seçkilərlə bağlı AÇIQLAMA

Tarix:Bu gün, 09:54
Baxış Sayı:411

İnsan hüquqları üzrə müvəkkil (ombudsman) Səbinə Əliyeva yanvarın 29-da Azərbaycanda keçirilmiş bələdiyyə seçkilərində aparılmış müşahidələr barədə mediaya açıqlama verib.

Ombudsman Aparatının mətbuat xidmətindən verilən məlumata görə, Səbinə Əliyeva seçkilər zamanı müşahidələrin bütün ölkə üzrə yaradılmış seçki məntəqələrində aparıldığını, təşkil olunmuş məntəqələrdə vətəndaşların seçki hüquqlarının həyata keçirilməsi üçün qanunvericiliklə nəzərdə tutulmuş lazımi şəraitin yaradıldığının müşahidə edildiyini bildirib.

Müvəkkil açıqlamada əvvəlki illərdəki müsbət təcrübə nəzərə alınaraq, Ombudsman təsisatının və Naxçıvan Muxtar Respublikasının Ombudsman Aparatının ümumilikdə 72 nəfər əməkdaşının bələdiyyə seçkilərində müşahidəçi qismində respublika üzrə 101 seçki dairəsinin 708 seçki məntəqəsində - Bakıda və ölkəmizin digər 37 şəhər-rayonunda, həmçinin muxtar respublikada müstəqil olaraq, özlərinin təşəbbüsləri ilə müşahidələr apardıqlarını deyib.

Müşahidələr, həmçinin Azərbaycan Ordusunun Təlim və Tədris Mərkəzində və 16 penitensiar müəssisədə təşkil olunmuş seçki məntəqələrində də həyata keçirilib.

Eyni zamanda, müşahidələr zamanı ombudsmanın məntəqə seçki komissiyalarının üzvləri, müşahidəçilər və seçicilərlə bilavasitə görüşdüyü, səsvermə prosesi ilə bağlı onların rəylərini öyrəndiyi qeyd edilib. Hüquq pozuntusu halları və hər hansı bir dövlət qurumunun, o cümlədən icra hakimiyyəti orqanının nümayəndələri, polis əməkdaşları tərəfindən müdaxilənin müşahidə olunmadığı da diqqətə çatdırılıb.

Açıqlamada seçki günü seçki hüquqlarının pozulması ilə bağlı ombudsmanın ünvanına hər hansı bir şikayət və müraciətin daxil olmadığı, müşahidələrin nəticəsi kimi bələdiyyə seçkilərinin əhalinin yüksək fəallığı şəraitində, demokratik, azad, şəffaf, ədalətli, seçki qanunvericiliyi və beynəlxalq standartlarla müəyyən edilmiş qaydada, nizam-intizamla keçirildiyi bildirilib.

Seçkilər ərəfəsində həyata keçirilmiş fəaliyyət barədə də məlumat verən müvəkkil seçkilərin təyin olunması haqqında qərarın rəsmi elan edildiyi gündən başlayaraq, yerlərdə seçki təbliğatının aparılması üçün müəyyənləşdirilən açıq və qapalı yerlərdə müşahidələrin aparıldığını, vətəndaşların seçki hüququnun təmini, seçki qanunvericiliyinin tələblərinin icrası vəziyyətinin dəyərləndirildiyini vurğulayıb.

Açıqlamanın yekununda bələdiyyə seçkilərində vətəndaşların təməl hüququ olan seçki hüququnun qanunvericiliyə müvafiq şəkildə təmin edildiyi diqqətə çatdırılıb.

Digər xəbərlər
21:54 Elektron Təhlükəsizlik Xidməti “Telegram” platformasında fişinq hücumlarının artması ilə bağlı xəbərdarlıq edir!
15:02 Aliment ala bilməyənlərə ŞAD XƏBƏR: Fond yaradılır, dövlət qarşılayacaq
14:59 Novruzda 11 gün iş olmayacaq: əlavə 2 gün də...
14:51 Ölümcül allergik reaksiya yaradan "Lay's" cipsləri satışdan yığılır - Azərbaycanda durum necədir?
14:48 Yanvarın son gününə olan hava proqnozu
14:45 Nəzrinin ölümünə görə həbs edilən tanınmış həkim barəsində qərar verildi
14:43 Təyyarə ilə helikopterin toqquşması: Günahkar kimdir?
10:31 Azərbaycanda Gömrük İşçilərinin Peşə Bayramı Günüdür