hemle

Aliment ala bilməyənlərə ŞAD XƏBƏR: Fond yaradılır, dövlət qarşılayacaq

Tarix:30-01-2025, 15:02
Baxış Sayı:442

Hər hansı yeni bir qurumun yaradılması geniş müzakirələr, təhlillər və hesablamalar nəticəsində mümkün olur.

Bu barədə bu gün Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova  bildirib.

O qeyd edib ki, alimentlə bağlı problemlər var və Dövlət Komitəsidə bu məsələnin həllinin vacibliyini vurğulayır.

"Milli Məclisə illik hesabat təqdim edərkən tövsiyyə olunan məsələlərdən biri də aliment fondudur. Bunun üzərində işlər davam edir. Hesab edirəm ki, fond problemləri həll etmək gücündə olmalıdır. Şəffaf, rahat, nəticəsi olan bir fəaliyyət göstərməlidir.

Hazırda bununla bağlı təhlillər aparılır ki, bu fonda nə qədər ehtiyac var, bu ehtiyacları nəzərə almaq üçün hansı imkanları nəzərə almaq lazımdır", - deyə o əlavə edib.

Qeyd edək ki, dünyanın bir çox ölkələrində hökumət tərəfindən aliment fondu yaradılıb. Əgər valideyn üzərinə düşən öhdəliyi yerinə yetirə bilmirsə - aliment pulunu ödəməyə imkanı çatmırsa, bu zaman dövlət alimentin ödənilməsini öz üzərinə götürür. Azərbaycanda Aliment Fondunun yaradılması yubanır. Bununla bağlı bir neçə ildir ki, müzakirə aparılsa da, hələ də yekun qərar yoxdur.

Digər xəbərlər
16:54 Sürücülərin NƏZƏRİNƏ: bu küçə təmirə bağlanır
16:48 Mənzilimizi niyə sığorta etdirmək istəmirik? - Qanun var, amma...
16:45 Həftəsonu bəzi yerlərə yağış yağacaq
16:43 Ambulator müalicə alan xəstələrə şad xəbər: Pulsuz dərman təminatı nə vaxt başlayacaq?
16:34 Polkovnik: 972 mina xəritəsi Azərbaycana təhvil verilib, 8-i isə hazırlanır
14:16 Qonşu ölkə işıqsız qaldı
14:13 Bank kartınızdakı pulları belə qoruyun
14:11 Çinin Zəngəzur dəhlizinə yanaşması diqqət çəkir - "Kaspi"nin TƏHLİLİ