hemle

Aliment verməyənlərin adları reyestrə salına bilər - VİDEO

Tarix:7-08-2023, 08:40
Baxış Sayı:95

“Aliment tələbinə dair məhkəmə qərarlarının çoxu yerinə yetirilmir”.

Bunu Milli Məclisinin Ailə, Qadın və Uşaq məsələləri komitəsinin sədri Hicran Hüseynova bildirib. Onun sözlərinə görə, bu məsələ ilə bağlı millət vəkillərinə müraciət edənlərin sayı olduqca çoxdur.

Deputatın sözlərinə görə, problemin aradan qaldırılması üçün Aliment Fondu yaradılmalı və aliment verməyən şəxslərin uşaqlarına ödəmələr dövlət tərəfindən həyata keçirilməlidir.

H.Hüseynova qeyd edib ki, aliment ödəməyənlərin həbs olunması ilə problemi çözmək mümkün deyil:

“Təbii ki, məhkəmə qərarını icra etməyənlər cəzasını çəkməlidirlər. Amma, müxtəlif vasitələrlə bu boşluğu doldurmaq lazımdır. Aliment ödəməkdən imtina edən şəxslərin reyestrinin yaradılmasını təklif edirəm”.
Millət vəkili əlavə edib ki, məsələ yenidən parlamentdə müzakirəyə çıxarılacaq.

Qeyd edək ki, Aliment Fondunun yaradılması məsələsi bir neçə dəfə Ombudsmanın illik məruzələrinə daxil edilib. Sonradan məsələ Milli Məclis səviyyəsində müzakirə olunsa da, indiyə qədər fondun yaradılması müsbət həllini tapmayıb.

Daha ətraflı videomaterialda:

Xezerxeber.az

Digər xəbərlər
14:16 Qonşu ölkə işıqsız qaldı
14:13 Bank kartınızdakı pulları belə qoruyun
14:11 Çinin Zəngəzur dəhlizinə yanaşması diqqət çəkir - "Kaspi"nin TƏHLİLİ
14:00 Külli miqdarda narkotik vasitəni ölkə ərazisinə keçirən şəxslər saxlanıldı
13:53 Rusiya bu ölkələrlə əməkdaşlığı dayandırdı: Səbəb nədir?
22:18 Müavinət və təqaüd alanlara şad xəbər: Növbəti artım...
22:17 Bakı metrosunda ediləcək dəyişikliklərlə bağlı daha bir rəsmi açıqlama
22:14 Azad olunmuş ərazilərə bu il nə qədər pul xərclənib?