hemle

Livan erməniləri azərbaycanlı deputatın Şuşadakı evinə köçürüldü

Tarix:17-09-2020, 18:48
Baxış Sayı:452

"Son günlər Livan ermənilərinin Şuşaya köçürülməsi həyata keçirilir. Mən öz yaşadığımız evə ermənilərin köçürüldüyünü gördüm və bu, məni çox məyus etdi”.

hemlemedia.az saytı modern.az-a istinadən xəbər verir ki, bunu Milli Məclisin İnsan hüquqları komitəsinin bu gün keçirilən iclasında deputat, Qarabağın azərbaycanlı icmasının sədri Tural Gəncəliyev deyib.

Deputat qeyd edib ki, Livandakı ermənilərin Azərbaycanın işğal olunmuş ərazilərinə köçürülməsi beynəlxalq cinayətdir.

Tural Gəncəliyevin sözlərinə görə, digər tərəfdən, biz beynəlxalq təşkilatların nümayəndələri ilə görüşlərin sayını artırmalıyıq:

"Biz Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsi ilə birgə bu görüşləri, əməkdaşlığl genişləndirməliyik”.
ATESH,AZ

Digər xəbərlər
14:43 “ƏDV geri al”anlara XƏBƏRDARLIQ
14:41 Bu ziyarətgaha gedənlərə şad xəbər
14:38 Sürücülük vəsiqəsi ilə bağlı MÜHÜM YENİLİK
14:35 NATO Mərkəzində Azərbaycan bayrağı qaldırıldı
14:33 Rusiya-Almaniya müharibəsi başlayır? - Çin xəbərdarlıq etdi
14:30 “Yeniyetmələri azərbaycanlılar qaçırıb” iddiasına Ermənistandan rəsmi reaksiya gəldi
14:27 İsrail İranın gizli planını açıqladı: hücum üçün görün hansı ölkədən dəstək alıblar
14:23 Leyla Əliyevanın təşəbbüsü ilə ailələrə qurban paylarının çatdırılması davam edir