hemle

Qurban Məmmədov həbs olundu

Tarix:17-09-2020, 13:45
Baxış Sayı:374

Azərbaycan Baş Prokurorluğunun beynəlxalq axtarışa verdiyi Qurban Məmmədov Türkiyədə saxlanılıb.

ATESH,AZ saytının verdiyi xəbərə görə, bu barədə oğlu Qoşqar Məmmədov məlumat yayıb. O bildirib ki, atası Qurban Məmmədovla bütün əlaqələri kəsilib: "Qurban bəyin bu Türkiyə səfəri barədə İngiltərə polisinin və başqa bir neçə beynəlxalq təşkilatın xəbəri olub. Türkiyədə saxlanıldığı yerdən başqa bir yerə köçürüləcəyini deyib xüsusi təyinatlı polislərdən ibarət bir qrupla harasa aparıblar, yanlarında olan yaxın yoldaşımız hər nə qədər çalışsa da, Qurban bəyin haraya aparıldığını öyrənə bilməyib”.


Qeyd edək ki, Q.Məmmədov və digər şəxslər Cinayət Məcəlləsinin 12.1, 34.2, 220.2 və 12.1, 34.2, 281.2-ci maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb ediliblər, Baş Prokurorluğun təqdimatı əsasında Nəsimi rayon məhkəməsinin müvafiq qərarları ilə barələrində həbs qətimkan tədbiri seçilib.

İstintaq idarəsi tərəfindən qeyd edilən şəxslər barəsində beynəlxalq axtarışın elan edilməsinə dair müvafiq qərarlar qəbul edilməklə, icra edilməsi üçün Daxili İşlər Nazirliyinə, Dövlət Təhlükəsizlik Xidmətinə, həmçinin "İnterpol”un Milli Mərkəzi Bürosuna göndərilib.
ATESH,AZ

Digər xəbərlər
16:54 Sürücülərin NƏZƏRİNƏ: bu küçə təmirə bağlanır
16:48 Mənzilimizi niyə sığorta etdirmək istəmirik? - Qanun var, amma...
16:45 Həftəsonu bəzi yerlərə yağış yağacaq
16:43 Ambulator müalicə alan xəstələrə şad xəbər: Pulsuz dərman təminatı nə vaxt başlayacaq?
16:34 Polkovnik: 972 mina xəritəsi Azərbaycana təhvil verilib, 8-i isə hazırlanır
14:16 Qonşu ölkə işıqsız qaldı
14:13 Bank kartınızdakı pulları belə qoruyun
14:11 Çinin Zəngəzur dəhlizinə yanaşması diqqət çəkir - "Kaspi"nin TƏHLİLİ