hemle

Rəhim Qazıyevin şikayəti rədd edildi

Tarix:18-07-2020, 16:40
Baxış Sayı:406

Sabiq müdafiə naziri Rəhim Qazıyevin barəsində seçilmiş həbs qətimkan tədbirinin dəyişdirilməsi barədə verdiyi apelyasiya şikayətinə baxılıb.

ATESH. AZ saytı Teleqraf.com saytına istinadən xəbərinə görə, Bakı Apelyasiya Məhkəməsində hakim Vaqif Mursaqulovun sədrliyi ilə baş tutan iclasda Rəhim Qazıyevin şikayəti rədd edilib.

Qeyd edək ki, Səbail rayon Məhkəməsinin qərarı ilə Rəhim Qazıyevin barəsində 4 ay müddətinə həbs qətimkan tədbiri seçilib.

İttihama görə, Rəhim Qazıyev Dövlət Təhlükəsizliyi Xidmətinin əməkdaşları tərəfindən həbs olunub.

2020-ci il iyulun 12 və 13-də sabiq müdafiə naziri Rəhim Qazıyevin Azərbaycan-Ermənistan sərhədində düşmənin təxrtibatları ilə bağlı döyüş əməliyyatlarının aparıldığı və bu barədə Azərbaycan Respublikası Müdafiə Nazirliyi tərəfindən ictimaiyyətə müntəzəm rəsmi məlumatlar verildiyi bir vaxtda, məqsədyönlü şəkildə sosial şəbəkələr vasitəsi ilə hadisələrin mahiyyəti barədə aşkar surətdə həqiqətə uyğun olmayan xəbərlər yayıb Azərbaycan Respublikasının müdafiə qabiliyyətini zəiflətməyə yönələn hərəkətlər edərək, insanları iğtişaşlara, dövlət hakimiyyətini zorla ələ keçirməyə açıq çağırışlar etməklə təxribat törətməsinə əsaslı şübhələr müəyyən olunub.

İstintaq orqanı tərəfindən Rəhim Qazıyevin barəsində Cinayət Məcəlləsinin 281-ci (Dövlət əleyhinə yönələn açıq çağırışlar) və 282-ci (Təxribat) maddələri ilə ittiham elan edilib.

Hazırda Dövlət Təhlükəsizliyi Xidmətində başlanılmış cinayət işi üzrə istintaq-əməliyyat tədbirləri davam etdirilir.

Digər xəbərlər
21:14 Sığortadan pulu gecikənlərin NƏZƏRİNƏ: Təzminat almaq olar - AÇIQLAMA
21:11 Bakıya güclü leysan yağacaq - Hava kəskin dəyişir
21:07 Bu peşə beyin üçün ən təhlükəlisidir
20:46 Boşanmadan da aliment almaq olar - AÇIQLAMA
20:17 Əli Əsədov yeni qərarlar imzaladı
20:14 Rusiya ilə NATO arasında münaqişə bu tarixdə başlayacaq: Hazırlıq gedir
20:11 Peskov təsdiqlədi: Putin Uitkoffla görüşəcək
11:15 Ayağında elektron qolbaq var imiş...