hemle

DEPUTATDAN TÜRKİYƏYƏ DƏSTƏK: YUNAN NAZİR SUSDU

Tarix:16-09-2020, 22:03
Baxış Sayı:376

Yunanıstan və Cənubi Kiprin Türkiyə planı çox pis strateji addımdır.

ONN media xəbər verir ki, bunu Avropa Parlamentinin (AP) macarıstanlı deputatı Marton Qyönqyösi deyib.

O bildirib ki, Avropa Birliyi (AB) rəsmiləri Aralıq dənizinin şərq hissəsi ilə bağlı əsas problemi görmür:

“Yunanıstan və Kipr AB daxilində həmrəylik kartını oynayırlar. Türkiyəni bölgədən təcrid etməyə çalışırlar. Məncə, bu, ən pis strategiyadır. Çünki münaqişə nə qədər dərinləşsə, həll edilməsi bir o qədər də çətin olacaq. Düşünürəm ki, AB, BMT və NATO kimi qurumlar artıq addım atmalıdır”.

Macarıstanlı deputat qeyd edib ki, ötən həftə AP Xarici Əlaqələr Komitəsinin iclasında Yunanıstanın Xarici İşlər nazirinin müavini Miltiadis Varvitsiotisə sual verib:

“Türkiyənin dəniz məkanında çox sayda yunan adası var. Bu, Yunanıstana sərhədsiz dəniz məkanı əldə etmək hüququ verirmi? Nazir müavini bu suala cavab verməkdə çətinlik çəkdi”.
ATES.AZ

Digər xəbərlər
14:43 “ƏDV geri al”anlara XƏBƏRDARLIQ
14:41 Bu ziyarətgaha gedənlərə şad xəbər
14:38 Sürücülük vəsiqəsi ilə bağlı MÜHÜM YENİLİK
14:35 NATO Mərkəzində Azərbaycan bayrağı qaldırıldı
14:33 Rusiya-Almaniya müharibəsi başlayır? - Çin xəbərdarlıq etdi
14:30 “Yeniyetmələri azərbaycanlılar qaçırıb” iddiasına Ermənistandan rəsmi reaksiya gəldi
14:27 İsrail İranın gizli planını açıqladı: hücum üçün görün hansı ölkədən dəstək alıblar
14:23 Leyla Əliyevanın təşəbbüsü ilə ailələrə qurban paylarının çatdırılması davam edir