hemle

Düşmənimizi tanımadıq! Yunanıstanın Qarabağ savaşında ermənilərə dəstək faktları üzə çıxdı...-FOTOLAR

Tarix:11-05-2020, 18:30
Baxış Sayı:411

Qarabağ müharibəsi zamanı Yunanıstan Azərbaycan torpaqlarında qondarılmaqda olan separatçı-terrorçu rejimə və bütövlükdə işğalçı Ermənistana həm hərbi texnika, həm də humanitar yardım ilə əhəmiyyətli dəstək verib.

Moderator.az xəbər verir ki, bu haqda sosial şəbəkələrin erməni seqmentində məlumat və foto paylaşılıb.

“Yunan təyyarələri vaxtaşırı havaya qalxaraq Yerevanın Zvartnots hava limanına yük çatdırırdı. Budur, Ermənistan hava limanında bir “Lockheed C-130” təyyarəsinin heyəti ilə birlikdə çəkilmiş foto-şəkli. Foto-şəkillərdə yunan Kiprindən olan keçmiş Avropa Parlamenti deputatı Eleni Teoxarus da görünür. Bildiyimiz kimi, o, Qarabağ müharibəsi zamanı və sonra da Avropa Parlamentinin üzvü kimi daim Qarabağ ermənilərini dəstəkləməyə çağırıb”- erməni istifadəçilərin paylaşdığı məlumatda belə deyilir.

Xatırladaq ki, dünən –mayın 10-da məlumatda adı çəkilən yunanıstanlı üzdəniraq Avropa Parlamenti deputatının 1992-ci il mayın 10-da Şuşanın işğalından 2 gün sonra şəhərin girişində yunan bayrağıyla çəkdirdiyi foto-şəkli də təqdim etmişdik(bax:https://www.moderator.az/news/324351.html).

Sultan Laçın

Digər xəbərlər
10:26 Qara dəniz üzərində 3 raket məhv edildi - Kim atıb?
10:23 Bu şəxslər yenidən həbs oluna bilər
10:21 Azərbaycanda Qurban bayramı qeyd olunur
10:17 Çinin yeni gizli döyüş təyyarəsi - Görün nələrlə təchiz edilib
10:15 Rusiya HƏRƏKƏTƏ KEÇDİ - Ukraynada kritik infrastrukturlar VURULUR
10:12 Paşinyanla keşişlərin amansız savaşı: Ermənistanda nə baş verir?
10:10 Bu günün hava proqnozu açıqlandı
10:07 Bakıda bayram namazı qılındı