hemle

Ermənilər yaxın günlərdə döyüşlərə başlayacaq" - DEPUTATDAN AÇIQLAMA

Tarix:15-09-2020, 16:58
Baxış Sayı:413

Xəbər verdiyimiz kimi, Ermənistanın növbəti təxribatı nəticəsində Azərbaycan ordusunun hərbi qulluqçusu yaralanıb.
Mövzunu deputat Cavid Osmanovla davam etdirdik. O,KONKRET.az-a açıqlamasında Ermənistanın yaxın günlərdə daha böyük təxribatlara əl atacağını, döyüşlərə cəhd edəcəyini deyib.
O, son dövrlər ermənilərin Azərbaycana qarşı təxribatlarının artdığını bildirib:
“Belə ki, Ermənistanın hərbi siyasi rəhbərliyini və Qondarma Dağlıq Qarabağ rejimini təmsil edən nümayəndələrinin verdiyi təxribat xarakterli bəyanatları, “Ağdamın Ermənistan ərazisidir” deməkləri, “Gəncəni vuracağıq” kimi sərsəm açıqlamaları əlbəttə ki, vəziyyəti gərginləşdirir. Ermənistan tərəfinin bəzi ölkələr tərəfindən silahlandırılması əlbəttə ki, Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həll edilməsi ilə bağlı atılan addımların pozulduğunu açıq-aydın görürük. Təəssüf ki, Ermənistan tərəfi növbəti çirkin siyasətlərini aparırlar. Azərbaycanın 20 faiz işğal olunmuş torpaqlarında Suriya və Livandan gələn ermənilərin qeyri-qanuni yerləşdirilməsini həyata keçirirlər. Təbii ki, bu da ermənilərin növbəti təxribatıdır. Çox böyük ehtimalla, bu təxribatlar daha sonra geniş miqyaslı döyüşlərə gətirib çıxaracaqdır”.

Milli Məclisin üzvü qeyd edib ki, Ermənistan bu təxribatını guya evsiz-eşiksiz qalmış insanlara kömək adı ilə həyata keçirir:

“Amma əslində onlar yeni terror qrupları yaratmağa çalışırlar. Bu ailələrin nümayəndələri ölkəmizə qarşı yeni təxribatlar törədəcəklər. Əlbəttə, bu, yolverilməzdir. Buna ATƏT-in Minsk Qrupuna daxil olan ölkələr çox ciddi reaksiya verməlidir. Təəssüf ki, hələ də heç bir reaksiya yoxdur. Onlardan onsuz da hər hansı düzgün reaksiya gözləmirik. Çünki həmsədr ölkələrdən bəziləri Ermənistanı silahlandırır. Bununla da regionda çox ciddi təhlükə yaradırlar. Bizim güclü qətiyyətli milli ordumuz var. Ordumuz düşmən tərəfindən gələn hər bir təxribatın qarşısını almağa hazırdır. İşğal altında olan torpaqlarımızı azad edəcəyik. Ermənistan müxtəlif dövlətlərdən dəstək alsa da heç vaxt Azərbaycandan güclü olmayacaq. Bu gün Ermənistanda hər sahədə yaşanan böhran onların növbəti təxribata əl atacaqlarından xəbər verir”.

Nərgiz Mirzəyeva
ATESH,AZ

Digər xəbərlər
10:17 Gürcüstanda parlament seçkiləri keçirilir
10:07 Gündə neçə stəkan çay içmək olar? - Həkim normanı keçməyin nələrə səbəb olduğundan danışdı
10:06 Vətən müharibəsinin 30-cu günü - Üçüncü atəşkəs elan olunur
09:46 ABŞ yeni silah alır: Rusiya və Çin peyklərini zərərsizləşdirəcək
09:39 Naxçıvanda əhali arasında vaksinasiya aparılır
09:36 İsrail İrana ikinci dəfə zərbə endirib
18:43 Əhaliyə həftəsonu ilə bağlı XƏBƏRDARLIQ: Hazırlıqlı olun!
18:36 Bu şəxslərə verilən müavinət ARTIRILIR