hemle

Vüqar Rəhimzadə: Paşinyan münaqişənin həllinə mane olur, hətta genişmiqyaslı müharibənin başlanması üçün müxtəlif təxribatlar törədir

Tarix:14-09-2020, 15:37
Baxış Sayı:427

Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin dinc yolla həllinə nail olunmamasının ən böyük səbəblərindən biri və birincisi məhz Ermənistan dövlətidir. Ermənistan hər dəfə qeyri-konstruktiv mövqe tutub, müxtəlif hiylələrlə, təxribatlarla münaqişənin status-kvonun qorunub saxlanmasına çalışıb. Yəqin hər kəs xatırlayır ki, Rambuye görüşlərində danışıqlar zamanı çıxılmaz vəziyyətə düşən Robert Köçaryan qarınağrısı bəhanəsi ilə qaçmışdı. İndi də Paşinyan münaqişənin həllinə mane olur, hətta genişmiqyaslı müharibənin başlanması üçün müxtəlif təxribatlar törədir. Gah “Qarabağ Ermənistandır” deyir, gah yoldaşı Qarabağda snayperdən Azərbaycan kəndləri istiqamətində atəş açır, gah da Livandan, Suriyadan erməniləri, daha doğrusu terrorçuları Dağlıq Qarabağa köçürür. Paşinyan bütün bu əməlləri ilə psixologiyasında problem olduğunu sübut edir. Səhər dediyini axşam təkzib edir, dünən dediyini bu gün.

Bu fikirləri Yeni Azərbaycan Partiyası Siyasi Şurasının üzvü, “İki sahil” qəzetinin baş redaktoru, siyasi elmlər doktoru Vüqar Rəhimzadə Trend-ə deyib.

Vüqar Rəhimzadə bildirib ki, Ermənistan Livandan, Suriyada terrorçuluq keyfiyyətlərinə malik erməniləri Azərbaycanın işğal olunmuş ərazilərinə köçürməklə həm demoqrafik vəziyyəti, həm də etnik tərkibi süni şəkildə dəyişməyə cəhd göstərir. Ermənistan Suriya və Livandan işğal olunmuş ərazilərə köçürülmüş insanları silahlı muzdlular kimi də istifadə edir: “Əlbəttə ki, bu cür qanunsuz məskunlaşdırma beynəlxalq humanitar hüququn kobud şəkildə pozulması deməkdir. Ermənistan bu cür addımlar atmaqla 1949-cu il Cenevrə Konvensiyalarını pozur. Çünki, müharibə dövründə mülki əhalinin qorunmasına dair 4-cü Cenevrə Konvensiyasına əsasən, işğalçı dövlət öz mülki əhalisini işğal etdiyi əraziyə köçürməməlidir. Beynəlxalq hüquqa əsasən, işğalçı dövlət tərəfindən işğal olunmuş ərazilərdə məskunlaşma siyasətinin aparılması müharibə cinayəti kimi tövsif edilməlidir. Bu baxımdan Ermənistanın Azərbaycanın işğal olunmuş ərazilərində apardığı qeyri-qanuni məskunlaşma müharibə cinayətidir”.

Vüqar Rəhimzadə əlavə edib ki, Ermənistanın bu qanunsuz əməllərinə beynəlxalq təşkilatların susması anlaşılmazdır: “Ermənistanın Livandan və Suriyadan erməniləri Qarabağa köçürməsinin faktları da artıq sosial şəbəkələrdədir. Fotolar, videolar formasında sübut olunub ki, Livandan və Suriyadan köçürülmüş, xüsusi döyüş təlimi keçmiş ermənilər Şuşada və başqa işğal olunmuş ərazilərimizdə yerləşdiriliblər. Lakin Ermənistanın bu qanunsuz əməllərinə beynəlxalq təşkilatların susması anlaşılmazdır. Xüsusilə də, bu məsələdə qəti mövqeyini ATƏT-in Minsk qrupu bildirməlidir. Çünki, münaqişənin həllində birbaşa məsuliyyət məhz ATƏT-in Minsk qrupunun üzərindədir”.

Digər xəbərlər
11:08 “Uçan taksi”nin sürücüsünə yeni maşın hədiyyə ediləcək
10:45 “Bu dəmir yolu bizə milyardlar gətirəcək” - Paşinyan Zəngəzur dəhlizindən danışdı
10:43 Bu səs texnologiyası hərəkət xəstəliyinin yüngülləşdirilməsində kömək edə bilər
10:38 "B" vitaminlər qrupu: Nə ilə yaxşı mənimsənilir, nə zaman qəbul edilməlidir?
10:35 Kamçatka vulkanında "qaynayan qazan" tapıldı
10:32 Bu gün hava necə olacaq? - PROQNOZ
10:30 "YouTube"un "Shorts" videoları ilə bağlı XƏBƏRDARLIQ - Fəlakətdir...
10:28 Tramp ABŞ-ın rüsumlardan əldə etdiyi gəlirləri AÇIQLADI