hemle

PAKİSTAN DEDİYİNİ ETDİ — AZƏRBAYCANA DƏSTƏK VERDİ

Tarix:14-07-2020, 15:24
Baxış Sayı:7 459

“Pakistan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı prinsipial mövqeyini bir daha təsdiqləyir və Azərbaycan Respublikasının suverenliyinə və ərazi bütövlüyünə dəstəyini bir daha bəyan edir”.

ATESH,AZ saytı xəbər verir ki, bu fikirlər Pakistan Xarici İşlər Nazirliyinin Ermənistan silahlı qüvvələrinin Azərbaycanla sərhəddə törətdiyi təxribatla bağlı bəyanatında əksini tapıb.

“Pakistan Ermənistan silahlı qüvvələrinin 2020-ci il iyulun 12-də bir neçə azərbaycanlının itkisi ilə nəticələnən Azərbaycanın Tovuz rayonuna hücumunu qətiyyətlə pisləyir. Həlak olanların ailələrinə başsağlığı veririk.

Dağlıq Qarabağ münaqişəsinin həll olunmaması regional sülhə və təhlükəsizliyə uzunmüddətli nəticələrə gətirib çıxaran ciddi təhlükə yaradır.

Son təxribatçı hərəkət Ermənistanın beynəlxalq birliyi yayındırmaq cəhdinin təzahürüdür və BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələrində təsbit edilmiş Dağlıq Qarabağ münaqişəsinin dinc yolla həlli üçün davam edən danışıqlar prosesinə mane olur”, – Pakistan XİN-nin bəyanatında vurğulanıb.
ATESH,AZ

Digər xəbərlər
10:13 ELOĞLUM FƏXRİMİZDİ
10:01 Muğla zəlzələsindən sonra mütəxəssislərdən xəbərdarlıq: Sonradan baş verən təkanlar...
09:54 “WhatsApp”a rəqib gəldi
09:51 İran, Rusiya, Azərbaycan, Ermənistan... - ABŞ deyir ki, Türkiyə məharətlə yol tapır
09:46 İranın Azərbaycandakı yeni səfiri odur - Foto
09:40 Maskdan daha bir iddialı plan - Planetin ən böyük binasını tikəcək
09:37 Varlılar 2050-ci ili gözləyirlər: 1000 il yaşaya biləcəklər
09:33 "Haribo"da yenə narkotik maddə aşkarlandı