hemle

“Ermənistanla Azərbaycan özləri razılığa gəlsin, Minsk Qrupu bunu dəstəkləyəcək demək...” – Prezidentin köməkçisi

Tarix:21-07-2020, 19:37
Baxış Sayı:450

“Azərbaycan tərəfi Minsk prosesi çərçivəsində münaqişənin həllinə sadiqdir”.

ATESH,AZ saytı “Yeni Gündəm” saytına istinadən verdiyi məlumatına görə, bunu bu gün mətbuat konfransında Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev bildirib.

H. Hacıyev deyib ki, hazırda formatın dəyişdirilməsi gündəmdə deyil: “Aparılan danışıqlar Minsk Qrupunun mandatına xidmət etməyib. Həmsədr ölkələr də bundan nəticə çıxarmalıdır. Status-kvonun bu formada saxlanılması təhlükəlidir və dəyişdirilməlidir. Məqsəd işğal faktının aradan qaldırılması olmalıdır. Formatın yox, iş metodologiyasının dəyişməsinin tərəfdarıyıq. Konkret gündəlik, cədvəl olmalıdır. Ermənistanın hər dəfə hansısa texniki məsələni əsas gətirərək danışıqları pozmasına imkan verilməməlidir. Minsk Qrupunun geniş formatda iclası da keçilməlidir. Azərbaycanın işğal olunmuş ərazilərində qeyri-qanuni məskunlaşma danışıqlar prosesinin əsasını darmadağın edir. Fakt-araşdırıcı missiyalar da bunu üzə çıxarmışdı. Ermənistan qoşunların təmas xəttində, sərhəddə davamlı təxribatlar törədir. Ermənistan və Azərbaycan öz aralarında razılığa gəlsin, Minsk Qrupu bunu dəstəkləyəcək demək həmsədrlərin missiyasına uyğun deyil. Mandat da tələb edir ki, işğal amili aradan qaldırılsın. Bu əsasla Azərbaycan predmetli danışıqların tərəfdarıdır. Nə zaman danışıqlar prosesində fikirlər səslənir, Ermənistan siyasi təxribatla bərabər hərbi təxribatlara əl atır. Sərhəddə törədilmiş təxribatla danışıqlar prosesini pozmaq siyasəti həyata keçirirlər”.

Azərbaycan Prezidentinin köməkçisi qeyd edib ki, Azərbaycan konstruktiv mövqe nümayiş etdirib: “Bunun qarşılığında Ermənistan rəhbərliyinin qeyri-konstruktiv bəyanatını, Müdafiə nazirinin yeni torpaqların işğalı ilə bağlı fikirlərini eşidirik. Buna beynəlxalq ictimaiyyət tərəfindən lazımi reaksiya verilməlidir”.
ATESH,AZ

Digər xəbərlər
19:13 Sabah Bakıda güclü külək əsəcək - XƏBƏRDARLIQ
13:01 Dörd dost Türkiyə-Ermənistan sərhədini keçmək istədi: İsmayılı Araz apardı
12:58 “ChatGPT” dünyanı fəth edir: “TikTok” və “Instagram”ı geridə qoydu – FOTO
12:50 "Green card"a müraciət edənlərin NƏZƏRİNƏ
12:47 FHN qeyri-sabit hava şəraiti ilə bağlı əhaliyə müraciət etdi
12:43 Moskvadan İrəvana Avropa seçimi ilə bağlı daha bir sərt xəbərdarlıq
12:39 Sənan Mehdiyevin həbs müddəti uzadıldı
12:33 Naxçıvana daşınan yüklər Mehridən hansı prinsiplə keçəcək?