Resmixeber.az saytı olaraq pondemiya dönəmində distant təhsilimizin qarşılaşdıgı problemləri , onun müəllim və şagird ,tələbə qarşısındakı öhdəlikləri daim diqqətimizdə olmuş ,bu barədə təcrubəli mütəxəssislərin fikirlərini işıqlandırmaqda maraqlı olmuşuq.
Bugünkü mövzumun şərhçisi təhsilimizin inkişafında kifayət qədər zəhməti olan , geniş təcrubəyə malik ,özünəməxsus fikirləri ilə seçilən ,sevilən ,hər vaxt gənclərə xüsusi qaygıyla ,bəzən dost, rəfiqə qədər yaxın olan bir zamanlar mənim də də müəllimim olmuş ,Bakı Dövlət Universitetinin Jurnalistika Fakültəsinin elmi işlər üzrə dekan müavini,dosent Sevinc xanım Əliyevadır. Distant təhsilin tədrisimizə təsirini Sevinc xanım belə izah etdi:
Sevinc xanım: _İndiki şəraitdə pondemiya dövründə çox lazımlı və vacib bir addım idi distant təhsil.Dövlət başçımız cənab İlham Əliyevin göstərişi ilə Təhsil Nazirliyi,ali və orta məktəb rəhbərləri, ümumilikdə hamı gənclərimizin,yeniyetmələrimizin təhsildən geri qalmamaları üçün əlindən gələn bütün imkanlardan istifadə edirlər. Və ötən 6 ay göstərdi ki,nəticə heç də pis olmadı,bu gün abituriyentlər arasında 700 bal topıayanlar da var.Bir məqamı da demək istəyirəm ki, bizim müəllimlərimiz çox fədakardılar,təki öyrənmək istəyənlərimiz çox olsun müəllimlər hər bir üsullayardım etməyə hazırdırlar.İninci bir tərəfdən təhsilin məzmunu dəyişmir, onu təqdim etməyin forması dəyişib.Başa düşürəm texniki baxımdan bəzi çətinliklər olur, bəzi ailələrdə narazılıqlar var.Amma ənənəvi təhsil zamanı da, bəzi ailələrin uşaqları təhsildən yayınırdı.Bu gün bütün dünya bir imtahan qarşısındadı,düşünürəm ki hamımız bu imtahandan üzüag çıxmagı bacarmalıyıq.Bu gün üçün distant təhsil aktualdır.Prezidentimiz demişkən insanların saglamlıgı hər şeydən üstündü.Ümumilikdə isə təbii ki, ənənəvi təhsili daha çox dəstəkləyirəm.çünki canlı ünsiyyət var,görüb götürmək var,kollektivə uygunlaşmaq var,polemika var,yanıüstünlükləri çoxdur ənənəvi təhsilin. İnanıram ki , tezliklə boş auditoriyalarımız yenidən gənclərimizin nəfəsi ilə isinəcək,şən gülüşləri ətrafa yayılacaq,müəllim və tələbə mehriban münasibəti bərpa olunacaq.
Hörmətli Sevinc xanım!Əhatəli cavabınız valideyin və tələbə,şagird auditoriyası üçün layiqli ,hazırkı dövrümüz üçün lazımlı mühazirə idi.Yeni ,məsuliyyətli dərs ilinizdə sizə ugurlar arzu edirik !
ELNARƏ ABBASOVA