hemle

Bakıda 65 yaşdan yuxarı insanlara metrodan istifadəyə qadağa qoyulur? - Rəsmi AÇIQLAMA

Tarix:12-09-2020, 11:50
Baxış Sayı:364

Xəbər verdiyimiz kimi, sanitar-epidemioloji vəziyyətə uyğun olaraq 2020-ci il sentyabrın 14-də saat 06:00-dan “Bakı metropoliteni”nin sərnişindaşıma fəaliyyəti bərpa edilir. Bu gün hər kəsi maraqlandıran sual metrodan istifadədə yaş məhdudiyyəti olacaqmı? Belə ki, bir çox ölkələrdə 65 yaşdan yuxarı insanlar üçün müəyyən məhdudiyyətlər tədbiq edilir. Azərbaycanda bu yaşda olanlara metrodan istifadəyə icazə veriləcəkmi?

ATESH,Az saytı bildiri ki, KONKTRET.Az saytının bununla bağlı sualını şərh edən “Bakı Metropoliteni” QSC-nin mətbuat katibi Bəxtiyar Məmmədov bildirib ki, bununla bağlı heç bir qərar yoxdur:

“Bu, yalnız Operativ Qərargahın yaşlı insanlarımıza tövsiyəsi ola bilər. Təbii ki, sərnişinlər arasında hər hansı bir ayrı seçkilik ola bilməz. Bir insan qoyulan qaydalara zidd hərəkət etmirsə, yeni metodiki göstərişlərdən kənara çıxmırsa, maska taxıb, sosial məsafəni qoruyursa, biz ona heç nə deyə bilmərik, çünki hər kəsin metrodan istifadə etmək haqqı və hüququ var”.
ATESH,AZ

Digər xəbərlər
14:43 “ƏDV geri al”anlara XƏBƏRDARLIQ
14:41 Bu ziyarətgaha gedənlərə şad xəbər
14:38 Sürücülük vəsiqəsi ilə bağlı MÜHÜM YENİLİK
14:35 NATO Mərkəzində Azərbaycan bayrağı qaldırıldı
14:33 Rusiya-Almaniya müharibəsi başlayır? - Çin xəbərdarlıq etdi
14:30 “Yeniyetmələri azərbaycanlılar qaçırıb” iddiasına Ermənistandan rəsmi reaksiya gəldi
14:27 İsrail İranın gizli planını açıqladı: hücum üçün görün hansı ölkədən dəstək alıblar
14:23 Leyla Əliyevanın təşəbbüsü ilə ailələrə qurban paylarının çatdırılması davam edir