hemle

Bugün Xan Şuşinskinin doğum günüdür

Tarix:11-09-2020, 20:20
Baxış Sayı:688

Azərbaycan muğam sənətinin korifeylərindən, Qarabağ xanəndəlik məktəbinin görkəmli nümayəndələrindən biri də Xan Şuşinskidir. Əsl adı İsfəndiyar olan böyük sənətkar 1901-ci il avqustun 20-də Qarabağın məşhur tayfalarından olan Cavanşir sülaləsinə mənsub Aslan bəyin ailəsində dünyaya göz açıb.
Balaca İsfəndiyarın ustadı İslam Abdullayev öz dövründə “Segah İslam” kimi tanınırdı. O, məclislərin birində İsfəndiyarın səsini bəyənib və onu özünə şagird götürüb.
- Advertisement -
İsfəndiyara “Xan” adının verilməsinin maraqlı tarixçəsi var. “Segah İslam” tələbəsi İsfəndiyarla birgə Ağdamın Novruzlu kəndində bir məclisdə imiş. Ev sahibi İslam Abdullayevin arzusu ilə qrammofonu qurur və Təbrizli Əbülhəsən xanın ifasında “Kürd Şahnazı”nı dinləyirlər. Hamının heyranlıqla qulaq asdığı bu ifadan sonra “Segah İslam” üzünü İsfəndiyara tutub deyir: “Bəlkə sən də bizim üçün “Kürd Şahnazı” oxuyasan?”.


İsfəndiyar 12-13 yaşından başlayaraq, Cabbar Qaryağdıoğlunun, Seyid Şuşinskinin, Əbülhəsən xanın vallarını oxudub saatlarla qulaq asar, onların ifasının ən incə məqamlarını təqlid etməyə çalışardı. Amma gözlənilmədən, özü də Əbülhəsən xanın ifasından sonra oxumağa tərəddüd edir. Amma İslam Abdullayevin sözünü də yerə sala bilmir. “Kürd Şahnazı”nı zilə çəkən İsfəndiyar öz ifası ilə məclis əhlini heyrətləndirir, yerbəyerdən səslər eşidilir: “əsl xan elə bu imiş ki!”. İslam Abdullayev isə şagirdinə ustad xeyir-duasını verərək deyir: “Bu gündən sən oldun Xan”.

1920-ci illərdə Xan Şuşinski Bakıya gələrək öz ifaçılıq fəaliyyətini genişləndirir. Xanəndənin repertuarında “Mahur-Hindi”, “Bayatı-Qacar”, “Qatar” muğamları, “Qarabağ şikəstəsi”, “Arazbarı”, “Heyratı” zərbi muğamları ilə yanaşı, xalq mahnıları və təsniflər də yer alır. Xan xalq mahnılarını xüsusi bir şövqlə oxuyur, onlara yeni çalarlar əlavə edir.

hemlemedia.az

Digər xəbərlər
11:15 Ayağında elektron qolbaq var imiş...
11:11 Paşinyan qaçacaq, Ermənistan... - Jirinovskinin dəhşətli proqnozu gündəmdə
11:08 Azərbaycanda məktəbdə kütləvi zəhərlənmə
10:59 Smartfonların tez enerji itirməsinin əsas SƏBƏBLƏRİ
10:55 İki stansiyanı birləşdirəcək yeni tunelin tikintisi 11 AY ÇƏKƏCƏK
10:51 Metropoliten "28 May"la bağlı bütün suallara aydınlıq gətirdi
10:03 Avropa İttifaqı və Çin bu ölkəyə qarşı BİRLƏŞİR
09:58 Mövqelərimiz Tovuzqala istiqamətindən atəşə tutuldu