hemle

NAZİRLİYİN QARŞISINDAKI ÇÖKMÜŞ YOLDAN NƏ XƏBƏR?

Tarix:9-09-2020, 21:48
Baxış Sayı:473

Bu gün sosial şəbəkələrdə Bakının Xətai prospekti, 39 ünvanında yolun kənarında asfalt örtükdə çökmənin baş verməsi ilə bağlı məlumat yayılıb.

hemlemedia.az saytı xəbər verir ki, bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA) açıqlamasında bildirilir.

Məlumatda həmçinin deyilir ki, dərhal bu barədə aidiyyəti şöbəyə məlumat verilib və sözügedən ünvana məsələnin araşdırılması üçün əməkdaşlar cəlb edilib.

Qeyd edilən ərazidə səki ilə hərəkət hissə arasında kommunikasiya xəttinə aid quyu var və quyunun baxış qapağı oturan beton hissəsi dağılıb. Nəticədə kiçik bir ərazidə asfalt örtüyün çökməsi qeydə alınıb. Qurum kommunikasiya xətlərinə cavabdehlik daşımasa da, vətəndaşların təhlükəsizliyi üçün problem qısa müddətə aradan qaldırılıb.
hemlemedia.az

Digər xəbərlər
14:43 “ƏDV geri al”anlara XƏBƏRDARLIQ
14:41 Bu ziyarətgaha gedənlərə şad xəbər
14:38 Sürücülük vəsiqəsi ilə bağlı MÜHÜM YENİLİK
14:35 NATO Mərkəzində Azərbaycan bayrağı qaldırıldı
14:33 Rusiya-Almaniya müharibəsi başlayır? - Çin xəbərdarlıq etdi
14:30 “Yeniyetmələri azərbaycanlılar qaçırıb” iddiasına Ermənistandan rəsmi reaksiya gəldi
14:27 İsrail İranın gizli planını açıqladı: hücum üçün görün hansı ölkədən dəstək alıblar
14:23 Leyla Əliyevanın təşəbbüsü ilə ailələrə qurban paylarının çatdırılması davam edir