hemle

Yol polisindən mal-qaranın yaylağa köçürülməsi ilə bağlı xəbərdarlıq

Tarix:22-05-2020, 15:21
Baxış Sayı:526

Son günlər bölgələrdə mal-qaranın yaylağa köçürülməsi prosesinə başlanılıb. Təəssüf ki, köç prosesi bəzən asfalt örtüklü yollar vasitəsilə həyata keçirilir. Bu isə həm sürücülər, həm də mal-qara və onu ötürənlər üçün təhlükə yaradır, hətta bəzən yol-nəqliyyat hadisələrinə səbəb olur.

AzToday.az xəbər verir ki, qanunvericiliyə müvafiq olaraq, mal-qaranı asfalt və sement-beton örtüklü yollarla ötürmək qadağandır, o cümlədən, sutkanın qaranlıq vaxtında və məhdudiyyətli görünmə şəraitində dəmir yollarından, yolların, küçələrin, meydanların bu məqsəd üçün xüsusi olaraq ayrılmayan yerlərindən, habelə yolun hərəkət hissəsindən mal-qara ötürülməməlidir.

Baş Dövlət Yol Polisi İdarəsi mal-qara sahiblərinə xəbərdarlıq edərək, heyvanları asfalt və sement-beton örtüklü yollarla ötürmənin qadağan olduğunu, sürücülərə isə belə hallarla rastlaşarkən diqqətli olmağı və hərəkət sürətini minimuma endirməyin zəruri olduğunu bildirir.

PAYLAŞ 0

Digər xəbərlər
10:07 Üç il əvvəl danışıqları bu iki ölkə pozub: Kiyev sülh şansını itirib - Şok iddia
09:13 Baku Piano Festival 2025 gəlir
09:04 Kart oğurluğu “OFFLINE”da olur! - XƏBƏRDARLIQ
08:49 Uşaqlara verilməməsi tövsiyə olunan qidalar – Valideynlərə mühüm xəbərdarlıq
08:34 Məşhur şirkətin makaronları satışdan yığışdırıldı: tərkibində görün nə tapıldı
22:04 Bu əsgərlərlə görüşə məhdudiyyət qoyuldu
22:01 Yaxın beş ildə dünya tarixin ən isti ilini yaşayacaq
21:52 Pentaqon Çinin hücumundan qorxur: Bunu aşkar etmək çox çətin olacaq