hemle

Qarabağla bağlı gizli faylları ifşa edən proqramçı ÖLDÜRÜLDÜ

Tarix:31-08-2020, 19:31
Baxış Sayı:630

hemlemedia.az saytı Fedai.az saytına istinadən yayımladı

Fedai.az BAXAR.AZ -a istinadən xəbər verir ki, gürcüstanlı proqramçı Tamar Baçaliaşvilinin ölümü ilə bağlı inanılmaz faktlar ortaya çıxıb.

Baçaliaşvili iyul ayının -18 də yaşadığı evi şəxsi avtomobili ilə tərk edib. Bundan sonra ailəsi və yaxınları onunla əlaqə qura bilməyib.

Bir həftə sonra onun meyiti avtomobilin içərisində Tbilisinin 65 kilometrliyində olan meşədə tapılıb. İlkin ehtimala görə intihar etdiyi düşünülüb.

Tamarın ailəsi şok iddia ilə çıxış edib. Qızlarının Qarabağ müharibəsi ilə bağlı üç vəzifəli şəxsin məxfi fayllarını ifşa etdiyini, bundan sonra ona təhdidlər gəldiyini bildiriblər.

Tamarın anası Teona Tamazaşvili «Mən Azərbaycan və Türkiyə hökümətlərini bu məsələ ilə maraqlanmağa çağırıram, silah alınması üçün mənim qızım müxtəlif şirkətlərdən milyonlarla lari köçürüb. Qızım təsadüfən faylları açıb və silah təchizatı sxemini ifşa edib. Buna görə Dövlət Təhlükəsizliyi Xidməti mənim övladımın yoxa çıxması işində iştirak edib»- deyə çıxış edib.

P.S. Düşünürük ki, bu barədə informasiyalar ciddi surətdə yoxlanmalıdır
ATESH,AZ

Digər xəbərlər
19:48 İnfarktı əngəlləməyin sadə yolu....
19:45 Bu şəxslər Türkiyəyə şəxsi maşınlarla gedə bilər
19:43 Hərbçilərimizin düşdüyü qəzada ölənlərin sayı 7-yə çatdı
19:32 Sabah Yasamalda qaz olmayacaq
19:27 Hər 7 gəncdən birində bu problem var: ölümlə nəticələnir
19:25 Putin: "KTMT Qarabağda Ermənistanın tərəfində döyüşməməli idi"
19:22 Parlamentdə U dönüşü: Deputatların "şparqalka"sını kim hazırlayıb?
09:39 Ağız və dişlərə qulluq nə üçün vacibdir?