hemle

Vüqar Səfərliyə qarşı ağır ittiham - Sektor müdiri gizli bağ görüşündən sonra keçinib? - İDDİA

Tarix:20-08-2020, 08:51
Baxış Sayı:448

KİVDF-nin sabiq icraçı direktoru Vüqar Səfərli ilə bağlı yeni iddia ortaya atılıb.

ATESH,AZ saytı Yenicag.az saytına istinadən xəbər verir ki, araşdırmaçı jurnalist Səfərliyə qarşı ağır ittiham irəli sürüb.

Həmin iddianı olduğu kimi təqdim edirik:

“2020-ci il may ayının 11-də Maliyyə Nazirliyinin Dövlət Xəzinədarlığı Agentliyinin sektor müdiri Mehman Talıbovla KİVDF-nin keçmiş İcraçı direktoru Vüqar Səfərli arasında gizli görüş olub. Görüş V.Səfərlinin bağ evində baş tutub.

Cəmi bir gün sonra, may ayının 12-də M.Talıbov qəfil vəfat edib.

Bu həmin vaxt idi ki, KİVDF-yə ayrılan pullar müzakirə olunurdu, V.Səfərlinin jurnalistlər binasındakı maxinasiyaları, korrupsiya əməlləri ilə bağlı məsələ gündəmin əsas vitrin mövzusuna çevrilmişdi.

Bu hadisədən bir ay sonra – iyun ayının 11-də açıqlandı ki, V.Səfərli dövlətə vurduğu maddi ziyanın 100 min manatını ödəyib.

Etibarlı mənbələr bildirir ki, V.Səfərlinin bağ evində baş tutan görüş M.Talıbovun ölümünə səbəb olub. Ehtimal olunur ki, V.Səfərli dövlətə vurduğu ziyanın ödənilməsini nazirliyin sektor müdirinin üzərinə yükləyib.

Hüquq-mühafizə orqanları məsələni araşdırmalıdır. KİVDF-ni mafiya qanunları ilə idarə edən V.Səfərlinin M.Talıbovu şantaj etdiyi və M.Talıbovun məhz bu səbəbdən qəfil vəfat etdiyi bildirilir”
ATESH,AZ

Digər xəbərlər
14:43 “ƏDV geri al”anlara XƏBƏRDARLIQ
14:41 Bu ziyarətgaha gedənlərə şad xəbər
14:38 Sürücülük vəsiqəsi ilə bağlı MÜHÜM YENİLİK
14:35 NATO Mərkəzində Azərbaycan bayrağı qaldırıldı
14:33 Rusiya-Almaniya müharibəsi başlayır? - Çin xəbərdarlıq etdi
14:30 “Yeniyetmələri azərbaycanlılar qaçırıb” iddiasına Ermənistandan rəsmi reaksiya gəldi
14:27 İsrail İranın gizli planını açıqladı: hücum üçün görün hansı ölkədən dəstək alıblar
14:23 Leyla Əliyevanın təşəbbüsü ilə ailələrə qurban paylarının çatdırılması davam edir