hemle

Gürcüstan Ermənistana silah çatdırılmasına yardım edib? - Partiya lideri iddialara aydınlıq gətirməyi tələb etdi

Tarix:20-07-2020, 18:59
Baxış Sayı:785

ATESH,AZ saytı yayımladı.
Gürcüstanın müxalif “Vahid Milli Hərəkat” partiyasının lideri Salome Samadaşvili Gürcüstan Xarici İşlər Nazirliyindən (XİN) ölkə ərazisi ilə Ermənistana silah tədarükünün həyata keçirilməsi ilə bağlı fikirlərə aydınlıq gətirilməsini tələb edib.

APA-nın yerli bürosunun xəbərinə görə, S. Samadaşvili belə bir hala yol verilməsinin Gürcüstanın beynəlxalq öhdəliklərinin pozulması anlamına gəldiyini bildirib.

“Bizim münaqişə tərəflərindən hər hansı birinə Gürcüstan ərazisi ilə hərbi yüklərin daşınmaması ilə bağlı beynəlxalq öhdəliyimiz var. Ona görə də mən XİN-i dərhal bu məsələyə aydınlıq gətirməyə çağırıram”, - deyə o, vurğulayıb.

Xatırladaq ki, bir sıra kütləvi informasiya vasitələrində Serbiyadan Ermənistana xeyli sayda müxtəlif çaplı minaatanların çatdırılmasına dair məlumatlar yayılıb. Minaatanların Gürcüstan üzərindən Ermənistana keçirildiyi də qeyd olunub.
ATESH,AZ

Digər xəbərlər
09:50 Xarkovda 40 partlayış qeydə alındı - Yaralılar var
09:44 İctimai nəqliyyatda yüksək səslə videoya baxanlarla necə "mübarizə" aparaq?
09:38 Kosmetik vasitələrin dəhşətli fəsadları üzə çıxdı: Mütəxəssisdən XƏBƏRDARLIQ
09:34 Sakit okeanın səviyyəsi yüksəlir: Ada dövlətləri yox ola bilər - XƏBƏRDARLIQ
09:32 Azərbaycana keçdiyi bildirilən 2 ermənidən xəbər var
09:29 "Youtube"da nasazlıq yarandı
09:27 Bakı bulvarında sakinləri narahat edən kəskin qoxunun səbəbi bilindi
10:26 Qara dəniz üzərində 3 raket məhv edildi - Kim atıb?