hemle

Press-Reliz

Tarix:29-08-2020, 21:00
Baxış Sayı:1 634




ATESH,AZ saytının verdiyi məlumata görə Bakı şəhəri 28 avqust 2020-cil tarixində İstedadlı əlilliyi olan şəxslər üçün sosial şəbəkələr üzrə özünü tanıtma onlayn kursları təşkil edilib.
İstedadlı Əlillər İctimai Birliyi Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökümət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyə dəstəyi ilə İstedadlı Əlillər İctimai Birliyinin icra etdiyi “Əlilliyi olan istedadlı şəxslərin yaradıcılıq imkanlarının inkişaf etdirilməsinə dəstək” layihəsi çərçivəsində sosial şəbəkələr üzrə özlərini cəmiyyətə tanıtma mövzusunda onlayn təlim təşkil edildi. Onlayn təlimin moderatoru Birliyinin sədri Cavad Qasımov və təlimçi qismində, birliyinin sədr müavini Ayaz Hüseynov "Sosial şəbəkələr üzrə analitika, sosial şəbəkələrdə kontentin qurulması, sosial şəbəkələrdə izləyicilərin artırılması" mövzusuna dair təlim keçirdi. Daha sonra təlimçi "Bengu Art" sosial biznesin təsisçisi Kəmalə Sultan "məhsulları necə təqdim etmək","hədəf auditoriyasını tapmaq", ümumi olaraq sosial marketinqlə öz biznesini qurmaq mövzusunda təlimləri davam etdirdi. Təlimlər əlilliyi olan şəxslər tərəfindən çox maraqla qarşılanaraq təcrübə mübadiləsi çərçivəsində davam etdirilmişdir.
Əlaqə nömrəsi: +994509993079: +994558614118
Hörmətlə: İstedadlı Əlillər İctimai Birliyinin mətbuat xidməti
ATESH,AZ






Digər xəbərlər
22:18 Müavinət və təqaüd alanlara şad xəbər: Növbəti artım...
22:17 Bakı metrosunda ediləcək dəyişikliklərlə bağlı daha bir rəsmi açıqlama
22:14 Azad olunmuş ərazilərə bu il nə qədər pul xərclənib?
22:11 İlham Əliyev “Sea Breeze”dəki layihələrlə tanış oldu
22:06 Bu məlumatlarınız təhlükədə ola bilər - RƏSMİ XƏBƏRDARLIQ
22:03 Babayan Xocalı soyqırımında iştirak etdiyini məhkəmədə etiraf etdi
22:02 Nazirliyin lisenziya vermədiyi plastik cərrahlar - Onların taleyi necə olacaq?
21:58 “Azəriqaz” İB-nin baş direktoru Bərdə və Tərtər sakinlərinin müraciətlərini dinlədi