hemle

Gənclər Fondunun Müşahidə Şurasına seçkilərə START VERİLDİ - Atəş.az

Tarix:13-02-2017, 14:14
Baxış Sayı:609

Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun Müşahidə Şurasına seçkilər elan edildi

QHT.az xəbər verir ki, Azərbaycan Respublikası Prezidentinin 4 mart 2013-cü il tarixli Sərəncamı ilə Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun Müşahidə Şurasına 5-i müvafiq dövlət orqanlarını (Prezident Administrasiyası, Gənclər və İdman Nazirliyi, Təhsil Nazirliyi, Mədəniyyət və Turizm Nazirliyi, Maliyyə Nazirliyi), 4-ü isə gənclər təşkilatlarını təmsil edən 9 üzv təyin olunmuşdur.

Fondun Nizamnaməsinə görə, Müşahidə Şurası üzvlərinin səlahiyyət müddəti 4 ildir. Səlahiyyət müddətinin başa çatması ilə əlaqədar olaraq, Müşahidə Şurasının üzvlüyünə gənclər təşkilatları tərəfindən namizədlərin irəli sürülməsini təmin etmək üçün fevral ayı ərzində həmin təşkilatların yığıncağının keçirilməsi planlaşdırılır.


Yığıncaqda iştirak etmək və namizədləri irəli sürmək üçün gənclər təşkilatları 2017-ci il fevralın 16-dək Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fonduna ərizə ilə müraciət edə bilərlər.
Ərizədə gənclər təşkilatı yığıncaqda onu təmsil edəcək nümayəndəsi haqqında məlumat verməlidir(ərizə forması əlavə olunur – Əlavə 1).

Təşkilat Müşahidə Şurasının üzvlüyünə namizəd irəli sürərsə, müvafiq ərizəni və anket məlumatlarını təqdim etməlidir(namizədlik üçün ərizə forması – Əlavə 2 və anket məlumatlarının forması – Əlavə 3).

Müşahidə Şurasının üzvlüyünə namizədlə bağlı tələblər:
– Azərbaycan Respublikasının vətəndaşı olmalı, başqa dövlətlər qarşısında öhdəliyi olmamalı;
– ikili vətəndaşlığı olmamalı;
– din xadimi olmamalı;
– ali təhsili olmalıdır.

Ərizə və anket formalarını əlavələrdənəldə etmək olar.

ƏLAVƏ 1 ƏLAVƏ 2 ƏLAVƏ 3

Nümayəndələrin və namizədlərin siyahısı seçkilərin keçirilməsindən bir neçə gün əvvəl youthfoundation.az saytında yerləşdiriləcəkdir.
Gənclər təşkilatlarının yığıncağının keçiriləcəyi tarix və yer haqqında əlavə məlumat veriləcəkdir.
Ünvan: Zərifə Əliyeva küçəsi, 93
Tel: (+99412) 498 95 90
Fax: (+99412) 498 95 89
Email:[email protected]
Website:www.youthfoundation.az

Digər xəbərlər
13:20 Şəhid Mübariz Hüseynov dəfn olundu
11:25 “Azəriqaz” İstehsalat Birliyinin təşəbbüsü, Elm və Təhsil Nazirliyinin dəstəyi ilə tələbələrlə görüş keçirildi - VIDEO
10:08 50 yaşına qədər insult riskini iki dəfə artıran faktorlar
10:03 Birinci Kosmik Müharibəyə hazırlıq başladı - Yer orbitində peyklər VURULA BİLƏR
09:57 Rusiya və ABŞ fəlakət ssenarisinə hazırlaşır: Görün Marsda nə yaradacaqlar
09:52 Paşinyanın parlamentdə qəribə çıxışının səbəbi: son anda hansı xəbəri alıb?
09:39 Əsəd 500 min dolları və qiymətli əşyaları ölkədən belə çıxarıb
09:27 Azərbaycanlı haker xarici şirkətlərdən hansı məlumatları əldə edib və nə qədər pul qazanıb? - ŞOK FAKTLAR