hemle

Səməd xan Mümtazəssəltənə kimdir? - Fotolar

Tarix:15-08-2020, 10:03
Baxış Sayı:2 932

ATESH,AZ saytı yayımladı.
Farsların Azərbaycan xalqına, onun tarixi keçmişinə, milli varlığına, adət-ənənələrinə qarşı çevrilmiş məkrli siyasəti bitməz və tükənməzdir. İran tarixinə bir çox ilkləri yazan şəxslərin əksəriyyəti Azərbaycan türküdür. Bu yazımızda bəhs edəcəyimiz Səməd xan Mümtazəssəltənə İranda “Hilali-əhmər”in (Qırmızı ayparanın) yaradıcısıdır. İranın adı Beynəlxalq Olimpiya Komitəsinə onun araçılığı ilə düşüb. Qərəz, yaxından tanış olaq.

Səməd xanın ailəsi Güney Azərbaycanın tanınmıs soylarından olub, sonra Mümtaz adlanıb. Kökcə Avşar elinə bağlıdır. Babası Ağa Səməd sərraf olsa da, Təbriz şəhərində savadı ilə seçilirdi.
Ağa Səmədin Ağa Ələkbər adlı oğlu vardı.


Ağa Ələkbər Xarici İslər nazirliyinin əməkdaşı idi və İranı bir sıra xarici dövlətlərdə diplomat kimi təmsil etmişdir. İstanbul şəhərində konsul olmuşdu.

Ağa Ələkbər Təbrizi sonra Tehran şəhərinə dönmüş, Xarici İslər nazirliyində şöbə müdiri kimi çalışmışdı.

Ağa Ələkbər Təbrizi Fatimə Cahan xanımla ailə qurmuşdu. İsmayıl xan, Səməd xan, Abbasqulu xan, Əbülfəz xan, Yəhya xan, Mürtəza xan adlı oğlanları, Raciyə xanım, Bilqeyis xanım adlı qızları vardı.

Səməd xan Əliəkbər xan oğlu 1869-cu ildə Təbriz şəhərində anadan olmuşdu. Mükəmməl mədrəsə təhsili almışdı. Sonra Avropa oxumuşdu. Tehrana dönəndən sonra Xarici İşlər vəzarətində xidmətə başlamışdı. Dəbir, katib, münşi kimi işlərdə özünü tanıtmışdı. Mümtazəssəltənə ləqəbi daşıyırdı.

Səməd xan Mümtazəssəltənə diplomatik fəaliyyətə Nasirəddin şah Qacarın hakimiyyəti illərində başlamışdı. 1883-cü ildə Qacarlar dövlətinin Paris səfarətində münşi kimi çalışmışdı. Sonra Sankt-Peterburq şəhərində səfarətxananın müstəşarı olmuşdu. Nasirəddin şahı Avropada müşaiyət etmişdi. Sonra Müzəffərəddin şahın Avropada bələdçisi olmuşdu.

Səməd xan Mümtazəssəltənə Qacarlar dövlətini Belçikada və Niderlanda səlahiyyətli səfir kimi təmsil etmişdi.

Səməd xan Mümtazəssəltənə 1905-ci ildə Qacarlar dövlətinin Baş naziri olmuşdu.

Səməd xan Mümtazəssəltənə 1905-ci ildə Qacarlar dövlətinin Fransada səfiri olmuşdu. 20 il, mart 1926-cı ilə kimi Parisdə İranı təmsil etmişdi. Firuz mirzə Nüsrətüddövlə Xarici işlər vəziri olanda, Səməd xanı geri çağırmışdı. Səməd xan Parisdə yaşamağı üstün tutmuşdu. Fransa dövləti 25 mart 1946-cı ildə onu İran səfarətinin məsləhətçisi kimi tanıdı. O da 27 sentyabr 1951-ci ilə qədər bu vəzifədə çalışdı.

Səməd xan Mümtazəssəltənə 1923-cü ildən 22 aprel 1927-ci ilədək İranı Beynəlxalq Olimpiya Komitəsində təmsil etmişdi.

Səməd xan Mümtazəssəltənə 1906-cı ildə beynəlmiləl miqyasda Qacarlar dövləti üçün Qırmızı xaç əvəzinə Qırmızı Şir və Xurşidi qəbul etdirmişdi. 1979-cu ilə qədər İran bu emblemdən istifadə etmişdi.


Sonuncu Qacar hökmdarı Sultan Əhməd şah 1921-ci ildə onu şahzadə titulu ilə təltif etmişdi. Fransanın Fəxri legionunun zabiti idi. Qacarlar dövlətinin 2-ci dərəcəli “Şire-Xurşid”, 1-ci dərəcəli “Şire-Xurşid”, 2-ci dərəcəli “Nişane Əqdəs” və “Zülfiqar” ordenləri ilə təltif edilmişdi.

Səməd xan Mümtazəssəltənə 1955-ci ildə Paris şəhərində vəfat edib. “Père-Lachaise” qəbristanlığında dəfn edilib.

Səməd xan Mümtazəssəltənə öncə Sultan xanım Savucbulaği ilə ailə qurmuşdu. Bu nikahdan Abdulla xan adlı oğlu vardı. Sonra bir fransız qadınla dünya evinə girmişdi. İkinci nikahdan iki qızı vardı.

ATESH,AZ

Digər xəbərlər
17:21 Təhlükəsizlik baxımından bunları bilmək vacibdir
14:34 TƏBİB partlayışda xəsarət alanların son vəziyyətini açıqladı
14:31 ABŞ Rusiya və İrana kosmosdan zərbə endirəcək - Gizli silah
14:29 ABŞ Konqresindən sensasiyalı araşdırma: COVID-19 laboratoriyadan "qaçıb" - FAKTLAR
14:25 Erməni nümayəndə BMT-də çıxılmaz vəziyyətdə qaldı, azərbaycanlılarla bağlı həqiqəti etiraf etdi
14:21 İsrail xüsusi xidmət orqanları İranın 200-dən çox kiberhücumunu qeydə alıb
08:49 Yer təhlükədə: Artıq 15 milyon kvadrat kilometr torpaq tükənib
08:46 "WhatsApp" milyonlarla "iPhone" smartfonunda işini dayandıracaq