hemle

Pəhləvilərin sonuncu vəziri - Fotolar

Tarix:26-04-2020, 15:52
Baxış Sayı:618

Əmir Xosrov xan əsilli-soylu bir Qızılbaş ailəsindən çıxıb. Özünə qədər bütün böyükləri hərbçi və hakim idilər.

Babasının babası Hüseynqulu xan İmamqulu xan oğlu Urmiyada anadan olmuşdu. Avşar elinin İmanlı oymağının Qasımlı tayfasına mənsub idi. 1798-ci ildən 1821-ci ilədək Urmiya xanlığını idarə etmişdi. Onun uluları növbə ilə Urmiyanın xanları və hakimləri olmuşlar. Bu vilayətə I Şah Abbas Səfəvinin dövründən başçılıq edirdilər.


Ulu babası Allahyar xan Hüseynqulu xan oğlu Urmiyada doğulmuş və orda dünyasını dəyişmişdir. O, Nasirəddin şahın hakimiyyəti dönəmində orduda xidmət edirdi. Savadkuh ordusunun komandanı olmuşdu. Cahangir xanın vəfatından sonra Adyutantbaşı vəzifəsini daşımışdı.

Babası Məhəmmədhəsən Allahyar xan oğlu Urmiyada doğulmuş və 1915-ci ildə vəfat etmişdi. O, Adyutantbaşı və Seyfüssəltənə və Vəziri-Nizam və Sərdari-küll titullarına malik idi. Sonuncu rütbəsi ordu komandanı ünvanına uyğun gəlir.

Atası Ələkbər xan Məhəmmədhəsən xan oğlu 1883-cü ildə Urmiyada anadan olmuş, 1969-cu ildə və 86 yaşında Tehranda vəfat etdi. General-leytenant rütbəsi daşıyırdı.

Əmir Xosrov xan Ələkbər xan oğlu 1919-cu ildə Tehran şəhərinin Şimran məhəlləsində doğulmuşdu. Anası Mirzə Rza Mustovfinin qızı idi. O, Tehran şəhərində orta təhsilini tamamlayandan sonra Avropaya yollandı. Cenevrə Universitetində sosial elmlər fakültəsində ali təhsil aldı. 1942-ci ildə İrana döndü. İran Xarici İşlər nazirliyində çalışmağa başladı. 1950-ci illərin əvvəllərində Xarici İşlər nazirliyində siyasi birliyin katibi idi. Daha sonra Xarici İşlər nazirliyinin daimi katibi və Xarici işlər nazirinin müavini vəzifələrini tutdu. 1960-cı ildə Xarici işlər naziri vəzifəsini icra etdi.

Əmir Xosrov xan Qasımlı-Avşar 6 noyabr 1969-cu ildə Abbas Aramdan sonra İrlandiyanın səfiri təyin edildi. O, bu vəzifəni 1974-cü ilin dekabrına qədər yerinə yetirmişdir.

Əmir Xosrov xan Qasımlı-Avşar daha sonra İranın AFR-də və Fransada səfiri olmuşdu.

Əmir Xosrov xan Qasımlı-Avşar 27 avqust 1978-ci ildə Cəfər Şərif İmaminin rəhbərlik etdiyi kabinədə Xarici işlər naziri vəzifəsinə təyin edildi. O, Abbasəli Xalatbari əvəz etmişdi. 6 noyabr 1978-ci ildə general Qulamrza Əzhərinin rəhbərliyi altında bir hərbi hökumət yaradıldığı zaman öz vəzifəsini saxladı. Onun müddəti 1979-cu ildə sona çatdı və vəzifəyə Əhməd Mirfenderski gəldi.

Əmir Xosrov xan Qasımlı-Avşar Böyük Britaniyanın cəngavər nişanlarından olan Müqəddəs və Georgi ordenlərinə layiq görülmüşdü.

Əmir Xosrov xan Qasımlı-Avşar 1999-cu ildə vəfat edib.

Digər xəbərlər
15:30 Dövlət işində çalışanlara BƏD XƏBƏR
15:27 Uşaqlar üçün yaşayış minimumu artırıldı
15:25 Azərbaycanda alimentin minimum məbləği artırılır
15:24 Bu halda vətəndaşın işsiz statusu ləğv edilir
14:26 QAZ XƏTLƏRİNƏ HAVA NİYƏ VURULUR?- AÇIQLAMA
10:44 Ömrü uzatmağın sadə yolu tapıldı
10:43 Bu gün Bakıda daha bir bəyannamə qəbul ediləcək
10:40 COP29 tədbirinin vaxtı uzadıldı