hemle

İSMAYILLIDA TARİXİ ABİDƏ VƏ SƏNƏT NÜMUNƏLƏRİ TAPILDI

Tarix:12-08-2020, 09:03
Baxış Sayı:710

Azərbaycan Respublikasının prezidenti cənab İlham Əliyevin 31 iyul 2020-ci il tarixli müvafiq sərəncamı əsasında Basqal–Qıçatan–Tağlabiyan-Kəlfərəc–Zeyvə–Kürdüvan–Xankəndi–Mücü–Sərsurə–Kələzeyvə–Sulut avtomobil yolunun tikintisinə başlanıb.

ATESH,AZ saytı xəbər verir ki, yolun Kürdüvan kəndindən keçən hissəsində görülən işlər zamanı eramızdan əvvəl və eramıza aid yüzə yaxın qablar, bəzək nümunələri, pul sikkələri və eləcə də tikili qalıqları tapılıb.

Hadisə yerinə İsmayıllı Rayon İcra Hakimiyyətinin Başçısı və Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi yanında mədəni irsin qorunması, inkişafı və bərpası üzrə Dövlət Xidmətinin İsmayıllı rayonu üzrə nümayəndələri baxış keçirib, aşkarlanmış tapıntılarla tanış olublar. Məsələ ilə bağlı aidiyyatı dövlət qurumlarına müvafiq rəsmi müraciətlər olunub.

Artıq sözü gedən ərazi məhdudlaşdırıcı giriş lenti ilə bağlanıb, mülki şəxslər və polis əməkdaşları tərəfindən mühafizəsi təmin olunub.Sara Aşurbəyli “Şirvanşahlar dövləti” haqqında əsərində orta əsr mənbələrinə əsasən Kürdüvan əhalisini “Şirvanşahların xəzinə rəncbərləri” olaraq qeyd eedib.

Ehtimal edilir ki, bu ərazidə olan tikili həmən dövrlərə aid məscidin qalıqlarıdır.Qeyd edək ki, Xankəndi inzibati ərazi dairəsinə daxil olan Kürdüvanda orta əsrlərə aid məscid olduğu bildirilir. Yerli sakinlərin sözlərinə görə həmən məscid məhz bu ərazidə yerləşib.
ATESH,AZ

Digər xəbərlər
22:18 WhatsApp-da yeni funksiya - Tiktok kimi olacaq
22:15 Bu şəxslərə ömürlük 1500 manat verilir
22:13 Bu dərmanları pulsuz ALACAĞIQ
22:11 Miqreni olanlar bu qidaları yeməsin
22:04 Vatikan yeni Papanın taxta çıxacağı tarixi açıqladı
22:02 Prezident və xanımı Şuşa Müalicə-Sağlamlıq Mərkəzinin açılışında iştirak etdilər - YENİLƏNDİ
21:59 Şuşada inşa ediləcək dördüncü yaşayış kompleksinin təməli qoyuldu - YENİLƏNDİ
21:54 Birinci sinfə qəbul: Müsahibələrdə uşaqlara hansı suallar veriləcək?