Azərbaycanın Mədəniyyət naziri Əbülfəs Qarayev Dövlət Təhlükəsizliyi Xidmətinin rəhbəri olduğu nazirlikdə keçirdiyi əməliyyatdan danışıb.
Kult.az xəbər verir ki, nazir Gununsesi.org saytına açıqlamasında indidən geniş nəsə söyləyə bilməyəcəyini deyib:
“Əməliyyat olub, tutulanlar var. Yəqin ki, hər şey aydınlaşacaq. Biz hüquqi dövlətdə yaşayırıq, əgər neqativ nəsə varsa, ona da hüquqi qiymət veriləcək”.
Qeyd edək ki, DTX-nin Mədəniyyət Nazirliyində keçirdiyi əməliyyat zamanı bir neçə şəxs, o cümlədən nazir müavini Rafiq Bayramov və Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin rəisi Zakir Sultanov saxlanılıb. Prezident İlham Əliyevin sərəncamı ilə hər iki şəxs vəzifədən azad edilib.
Səbail Rayon Məhkəməsi hər iki şəxs barəsində 4 aylıq həbs qətimkan tədbiri seçib.
Faiq ismayılov