www.Fedai.az
İsmayıllı Rayon Təhsil Şöbəsinə yeni müdir təyin olunub.
İsmayıllı Rayon İcra Hakimiyyətinin başçısı Nahid Bağırovun sərəncamı ilə quruma yeni rəhbər Rövşən Əliyev təyin olunub.
O, bu gün icra başçısı tərəfindən kollektivə təqdim olunub.
Qeyd edək ki, R.Əliyev 1968-ci ildə Lahıc qəsəbəsində anadan olub, 1992-ci ildə Azərbaycan Dövlət Pedaqoji Universitetinin fizika-informatika fakültəsini bitirib. Lahıc qəsəbə tam orta məktəbində fizika-informatika müəllimi, təlim-tərbiyə işləri üzrə direktor müavini vəzifələrində çalışıb.
Həmçinin, Prezident İlham Əliyevin sərəncamı ilə keçirilmiş 2009/2010 və 2014/2015-ci tədris illəri üzrə “Ən yaxşı müəllim” müsabiqələrinin qalibi olub, ölkə başçısının digər sərəncamı ilə 2013-cü ildə “Əməkdar müəllim” fəxri adına layiq görülüb. Məktəblilər üçün 6-11-ci siniflər üzrə fizika dərsliklərinin həmmüəllifidir.
O, 2015-ci ildən bu günə qədər Lahıc bələdiyyəsinin sədri vəzifəsində çalışıb. Ailəlidir, 2 övladı var./report/