hemle

WhatsApp-da yeni funksiya - Tiktok kimi olacaq

Tarix:Dünən, 22:18
Baxış Sayı:440

Artıq "WhatsApp"da status paylaşımlarına musiqi əlavə etmək mümkündür.

Mesajlaşma proqramı bu yeniliyi bəzi ölkələrdə artıq sınaqdan keçirməyə başlayıb. Yeni xüsusiyyət sayəsində istifadəçilər status bölməsində paylaşdıqları şəkil və videoların üzərinə istədikləri musiqini əlavə edə biləcəklər. Seçim imkanı verilən musiqilər "WhatsApp"ın daxilində təqdim olunacaq və paylaşılan statusu izləyənlər həmin mahnını da eşidə biləcəklər.

Ekspertlər bunu "WhatsApp"ın öz funksiyalarını TikTok və Instagram kimi platformalara bənzətmək cəhdi kimi dəyərləndirirlər. Çünki son dövrlərdə WhatsApp videolar üçün sürətli baxış, statuslara reaksiya, kanallar və indi də musiqi əlavə etmə kimi yeniliklərlə istifadəçilərin diqqətini daha çox üzərinə çəkməyə çalışır.

Qeyd edək ki, bu funksiya hələ bütün istifadəçilər üçün aktiv edilməyib. Tətbiqin son versiyasını yeniləyən bəzi ölkələrdəki istifadəçilər artıq bu xüsusiyyəti istifadə edə bilirlər. WhatsApp isə yeniliyin yaxın zamanlarda bütün dünyada istifadəyə veriləcəyini açıqlayıb.

Digər xəbərlər
22:18 WhatsApp-da yeni funksiya - Tiktok kimi olacaq
22:15 Bu şəxslərə ömürlük 1500 manat verilir
22:13 Bu dərmanları pulsuz ALACAĞIQ
22:11 Miqreni olanlar bu qidaları yeməsin
22:04 Vatikan yeni Papanın taxta çıxacağı tarixi açıqladı
22:02 Prezident və xanımı Şuşa Müalicə-Sağlamlıq Mərkəzinin açılışında iştirak etdilər - YENİLƏNDİ
21:59 Şuşada inşa ediləcək dördüncü yaşayış kompleksinin təməli qoyuldu - YENİLƏNDİ
21:54 Birinci sinfə qəbul: Müsahibələrdə uşaqlara hansı suallar veriləcək?