hemle

"WhatsApp"da daha bir YENİLİK

Tarix:19-09-2024, 09:00
Baxış Sayı:362



"WhatsApp" "Statuslar" bölməsindəki yazılarda etiketlənməsinə imkan verən yeni funksiyasını sınaqdan keçirməyə başlayıb.

İstifadəçilər yeni "WhatsApp" statuslarında kontaktları etiketləmə xüsusiyyəti ilə öz paylaşımlarında bir və ya bir neçə kontaktını tag edə biləcəklər. Status paylaşacaq istifadəçilər Status ekranının aşağı sağ tərəfində əlavə edilmiş "@" simvoluna sıxaraq kontaktlarından birini asanlıqla əlavə edə biləcəklər.

Bundan əlavə, "WhatsApp" istənilən postda etiketlənmiş istifadəçilərə bildirişlər göndərməklə yanaşı, eyni zamanda "Instagram"da olduğu kimi paylaşılan postu yenidən paylaşmağa imkan verəcək. Digər tərəfdən qeyd edək ki, etiketləmə yalnız paylaşanlar üçündür. Başqa sözlə, "WhatsApp"ın məxfilik siyasətinə uyğun olaraq, posta baxan digər istifadəçilər cari postda kimin işarələndiyini bilməyəcəklər.

Qeyd edək ki, hal-hazırda platformanın beta versiyasında sınaqdan keçirilən şəxs etiketləmə funksiyasının dəqiq nə vaxt tətbiq ediləcəyi barədə hələ dəqiq məlumat yoxdur.

Digər xəbərlər
14:23 Leyla Əliyevanın təşəbbüsü ilə ailələrə qurban paylarının çatdırılması davam edir
14:19 Sabah 33 dərəcə isti olacaq
14:13 Ermənistanda Azərbaycan dili dərsliyi nəşr olundu
14:10 Yadplanetlilərlə bağlı sirr üzə çıxdı: ABŞ-ın silah proqramının bir hissəsi imiş
09:50 Xarkovda 40 partlayış qeydə alındı - Yaralılar var
09:44 İctimai nəqliyyatda yüksək səslə videoya baxanlarla necə "mübarizə" aparaq?
09:38 Kosmetik vasitələrin dəhşətli fəsadları üzə çıxdı: Mütəxəssisdən XƏBƏRDARLIQ
09:34 Sakit okeanın səviyyəsi yüksəlir: Ada dövlətləri yox ola bilər - XƏBƏRDARLIQ