hemle

Gənc şairəni intihara sürükləyən kimdir?-ŞOK detallar QANUN NİYƏ SUSUR???

Tarix:12-08-2020, 07:59
Baxış Sayı:766

Özünü Milli Fədailər Hərəkatının lideri kimi təqdim edən Fuad Muradov gənc şairə Şahinə Könülü intihar həddinə çatdırıb.

ATESH,AZ saytı AzTimes.az saytına istinadən xəbər verir ki bu barədə məlumatı “Azadlıq qəzeti” yayıb:

“Fuad Muradov öz feysbuk hesabında gənc şairənin şərəf və ləyaqətini alçaldan status yazıb. Bu azmış kimi statusun şərh bölümündə daha kəskin təhqirlərə yol verib və heç bir əndazəyə sığmayan, Azərbaycan kişisinə yaraşmayan mövqe sərgiləyib. Üstəlik daha bir neçə feysbuk hesabında eyni məzmunlu paylaşımlar təşkil etdirib.

Şahinə Könül isə status yazaraq canlı yayıma çıxacağını və intihar edəcəyini bildirib. O, “Facebook” hesabından canlı yayıma başladıqdan bir müddət sonra Ağstafa Rayon Polis İdarəsinin əməkdaşları onun yaşadığı evə daxil olub və onların arasındakı söhbətin bir hissəsi canlı yayıma düşüb. Həmin hissədə nə baş verdiyini soruşan polis əməkdaşına Şahinə Könül kimlərin tərəfindən əxlaqsız kampaniyaya məruz qaldığını deyib.”

Şahinə Könül AzTimes.az-a deyib ki, Fuad Muradov və özünü MCP -nin Qazax rayon təşkilatının sədri kimi təqdim edən İlham Musayevi onun şərəf və ləyaqətini alçaltdığı üçün onu məhkəməyə verəcək. Xanım bildirir ki, ilk gərginlik onun partiya sədrinin fotosunu ironiyalı statusla paylaşması ilə başlayıb. İlham Musayev ona şəxsidə ağır təhqirlər yağdırıb, daha sonra bu vəzifə Fuad Muradova “dövr” edilib.

“Polislər gələnə qədər hadisə ilə bağlı canlı yayımda danışdım. Fuad Muradov və İlham Musayev məni intihar həddinə çatdırdı. Evimizə polislər gəldi, izahatımı aldı. Öz izahatımda baş verən bütün məsələləri yazdım, elə, Fuad Muradovun da adını yazdım. O, mənim haqqımda həqiqətə uyğun olmayan məlumatlar yaydı. Buna görə onu məhkəməyə verəcəm. Qeyd edim ki, mən heç bir siyasi partiya, təşkilat üzvü də deyiləm.”


Məsələ ilə bağlı məqalədə adı keçən bütün tərəflərin mövqeyini işıqlandırmağa hazırıq.






ATESH,AZ

Digər xəbərlər
19:47 Sabahın havası ilə bağlı əhaliyə XƏBƏRDARLIQ
19:43 Milli Məclis önündə insident: İdmançı "Lexus"la qadın sürücünün qarşısını kəsdi
19:33 Pensiyalar ilə bağlı vacib MƏLUMAT
16:38 Evdə "Wi-Fi" istifadə edənlərin NƏZƏRİNƏ
16:33 KİV: Rusiya yaxın zamanlarda Kiyevdəki hökumət binalarını vura bilər
16:29 Rusiyanın uyğunsuzluq aşkarladığı sosiskalar Azərbaycana idxal olunub? - Rəsmi açıqlama
12:52 Naxçıvan Konstitusiyası dəyişir - Sənəd MM-ə təqdim olunacaq
12:49 Xərçəngi 10 günə öldürən vitamin açıqlandı