hemle

Tovuzla sərhəddə ermənilərin xeyrinə reportaj hazırlayan jurnalist Minskdə döyüldü və yaxalandı

Tarix:10-08-2020, 15:30
Baxış Sayı:1 023

Sputnik Belarus”un jurnalisti Yevgeni Oleynik paytaxt Minskdəki gecə qarşıdurmalarından sonra tutulub və döyülüb.

ATESH,AZ saytı KONKRET.az saytına istinadən xəbər verir ki, bu haqda məlumatı “Sputnik Ermənistan” mediası yayıb.

“Səhər saat 6-da Təcili Xəstəxanada zərərçəkənlər haqqında material hazırladıqdan sonra o, evə qayıdıb. Jurnalist yalnız indi redaksiya ilə əlaqə qura bilib” deyilib.

Digər detallar hələ açıqlanmayıb.

Qeyd edək ki, Baza Telegram kanalı öz növbəsində WarGonzo kanalının aparıcısı Semyon Peqovun Belarus çevik qüvvələri tərəfindən tutulmasının videosunu yayımlayıb.

“Videoya görə, Peqov hazırda huşsuz vəziyyətdədir. İndi Semyon zənglərə və mesajlara cavab vermir. Həbs olunandan bəri onun haqqında heç nə məlum deyil. Sonuncu dəfə redaksiya avqustun 8-də Peqovla təmasda olub”, mesajda deyilib.

Qeyd edək ki, iyul ayında Peqov Ermənistanın Tavuş bölgəsində Ermənistan-Azərbaycan sərhədində baş verən qarşıdurmaları işıqlandırmışdı.

Babək Göyüş
ATESH,AZ

Digər xəbərlər
16:54 Sürücülərin NƏZƏRİNƏ: bu küçə təmirə bağlanır
16:48 Mənzilimizi niyə sığorta etdirmək istəmirik? - Qanun var, amma...
16:45 Həftəsonu bəzi yerlərə yağış yağacaq
16:43 Ambulator müalicə alan xəstələrə şad xəbər: Pulsuz dərman təminatı nə vaxt başlayacaq?
16:34 Polkovnik: 972 mina xəritəsi Azərbaycana təhvil verilib, 8-i isə hazırlanır
14:16 Qonşu ölkə işıqsız qaldı
14:13 Bank kartınızdakı pulları belə qoruyun
14:11 Çinin Zəngəzur dəhlizinə yanaşması diqqət çəkir - "Kaspi"nin TƏHLİLİ