8 avqust Gədəbəyin qəhrəmanlıq səhifəsinə yazılmış tarixi bir gündür. Həmin gün. 28 il bundan əvvəl 08 avqustda qəhrəman gədəbəylilər Başkəndi erməni işğalçılarından azad etdilər. Bu münasibətlə Müharibə Veteranı Qadınlarına Sosial Yardım İctimai Birliyin sədri Radə Abbasın təşkilatçılığı ilə bir qrup müharibə veteran və ictimaiyyət nümayəndəsi olan qadınlar Gədəbəy royonuna səfər etdilər. Səfərin əsas məqsədi əsgərlərlə və Gədəbəy döyüşçüləri ilə görüş idi.
Gədəbəydə N saylı hərbi hissədə Müharibə Veteranı Qadınlarına Sosial Yardım İctimai Birliyinin Şəmkir rayon şöbəsinin sədri Nəzakət Məmmədovanın təşkilatçılığı ilə əsgər və zabitlərlə görüşlər baş tutdu. Əsgərlərimiz qarşısında çıxış edən qadınlar və Gədəbəy döyüşçüləri orduya sevgi, inam və güvənlərini ifadə etdilər.
Hərbi hissə rəhbərliyidə müharibə veteran qadınlara və keçmiş döyüşçülərə minnətdarlıq etdilər. Əsgərlərlə görüşə gedən kiçik nümayəndə heyyəti olaraq biz görüşdən çox məmnun ayrıldıq. Əsgərlərimizin geyimi, yataq yeri və mətbəxinə baxdıq. Təmiz səliqəli və qayğı ilə əhatə edilmiş əsgərləimizə hədiyyələr etdikdən sonar onlardan ayrıldıq. Ordumuzun, əsgərimizin təhlükəsizliyi məqsədi ilıə şəkillərin çəkilməsi və paylanılması mümkün deyil. Bu baxımdan əsgərlərimizin gözəl simalarını gözlərimizə köçüdrük. Ayrılarkən əsgərlərimizə qalibiyyət, uğurlar, arzu etdik.
Atesh,az