hemle

Yaponlar “ağıllı maska” yaratdılar - 7 dilə tərcümə edir

Tarix:5-08-2020, 10:01
Baxış Sayı:555

ATESH,AZ saytı yayımladı.
Yaponiyalı alimlər koronavirus pandemiyası zamanı təlabata çevrilən və eyni zamanda dəbli aksesuar olan tibbi maska hazırlayıblar.

CNN-in xəbərinə görə, “Donut Robotics” şirkətinin mütəxəssisləri “ağıllı maska” yaradıblar.

İnternetə qoşulan zaman o, mesajı yapon dilindən yeddi fərqli dilə çevirə bilir.

Sözügedən maska hava qəbul ediciliyinə görə, koronavirusdan qorumur. Amma onu qoruyucu maskanın üstündən taxmaq olar.

“Ağıllı maska”nı istifadə etməyə başlamazdan əvvəl onu “Bluetooth” vasitəsilə mobil telefon və ya planşetinizə bağlamalısınız. İnsan danışmağa başlayanda üz əzələlərinin hərəkətləri cihaz tərəfindən oxunur və yapon dilindən Çin, Koreya, İngilis, Vyetnam, İndoneziya, İspan və Fransız dillərinə tərcümə edir.

Maskada quraşdırılmış mikrofon var və sözlər avtomatik olaraq telefonun mətn rejimində əks olunur. Bundan əlavə, yeni maska koronavirus pandemiyası zamanı çox ehtiyac duyulan sosial məsafəni qorumağa kömək edəcək.

Cihazın əvvəlcə beynəlxalq hava limanlarında robot təlimatlarında istifadə edilməsi nəzərdə tutulmuşdu. Lakin pandemiya başlayanda və hava limanları işini dayandırdıqda, bu məsələ təxirə salındı.

İlk maskanı ​​hazırlamaq üçün bir aya yaxın vaxt lazım olub. Lazımi vəsait (265 000 ABŞ dolları) “crowdfunding” platformasında toplanıb. Bu, sentyabr ayında Asiyada 50 dollara satışa başlayacaq təxminən 5000 “ağıllı maska” üçün kifayət edəcək məbləğdir.

Bundan sonra məhsulun Avropa və Amerikada satışları planlaşdırılır.




Digər xəbərlər
22:18 Müavinət və təqaüd alanlara şad xəbər: Növbəti artım...
22:17 Bakı metrosunda ediləcək dəyişikliklərlə bağlı daha bir rəsmi açıqlama
22:14 Azad olunmuş ərazilərə bu il nə qədər pul xərclənib?
22:11 İlham Əliyev “Sea Breeze”dəki layihələrlə tanış oldu
22:06 Bu məlumatlarınız təhlükədə ola bilər - RƏSMİ XƏBƏRDARLIQ
22:03 Babayan Xocalı soyqırımında iştirak etdiyini məhkəmədə etiraf etdi
22:02 Nazirliyin lisenziya vermədiyi plastik cərrahlar - Onların taleyi necə olacaq?
21:58 “Azəriqaz” İB-nin baş direktoru Bərdə və Tərtər sakinlərinin müraciətlərini dinlədi