Ölkənin siyasi həyatında hərarət artır, fəal insanlar daha müşahidəçi olmaq istəmirlər. Amma lisenziyalı qoçaqlar xaric, müstəqil, vicdanlı insanlar əqidələrinə, intelektlərinə və istəklərinə uyğun müstəvidə olmaq zorluğunu yaşayırlar. Çünki siyasi müstəvi azad deyil, plüarist deyil, hətta xırda bir təşkilat belə yaranırsa dərhal rejim qoruqçularının əndişəsinə tuş gəlir, milli təhlükəsizliyin, ərazi bütövlüyünün qayğısına qalmalı olanların, ölkəni xarici düşmənlərdən qorumaqla görəvli olanların fədəfinə çevrilir. Bəs ölkə konstitusiyasında təsbit olunan birləşmək azadlığının təminatı hanı? Təəccüblü deyilmi?! Ölkəmin əhəmiyyətli bir hissəsini işğal etmiş erməni faşizmi, müstəqil dövlətçiliyimizi daim təhdid edən, bəzi hallarda gizli formaya ehtiyac duymadan fəaliyyət göstərən xarici dövlətlərin əlaltıları, Keşikçidağda Azərbaycan əsgərini alçaldan məxluqlar belə heç kimi narahat etmir, amma ölkə əhalisinə davamlı ciddi nəzarət olunur, sanki Azərbaycan dövləti Azərbaycan xalqından qorunur və eləbil məmurların qarşısına vəzifə qoyulub ki, nə edirsiniz edin Azərbaycan xalqı cınqırını çıxartmasın. Həzarat, bu dövlət bizimdir, onun nizəsi düşmənə qarşı yönəlməlidir, onun hədəfində Azərbaycan xalqı yox, erməni işğalçısı, gürcü separatçısı, rus, fars təxribatçısı olmalıdır, deyilmi?!
Vaxtı ilə Cənubi Afrika Respublikasında aparteid rejimi mövcud idi. Rejim sahibləri rəsmi olaraq dünyaya bəyan etmişdilər ki, yerli aborogen xalq evolyusiya prosesini keçmədiyi, gerizkalı olduğu üçün siyasi proseslərdə iştirakı məqsədəuyğun deyil. Və beləliklə də çoxluq olan yerli xalq dövlət idarəçilyindən kənarda saxlanılırdı, seçkiyə buraxılmırdı. Amma bir gün bunu edənlər mağara svilizasiyasını əslində özlərinin təmsil etdiklərini anladılar və utancverən bu davranışdan imtina etdilər. Cənablar, bizdə aparteid rejimi yoxdur, əvəzində isə saxta seçki var, yerli xalqı-böyük çoxluğu bu yolla dövlət idarəçiliyindən kənarda saxlama mexanizmi tapılıb! Bizim dövlətin ədalətli idarəçiliyə, dürüstlüyə, qanunun aliliyinə, bizim xalqın azadlığa, barışa və rifaha ehtiyacı var. Bu milli iradənin sifarişidir! Bu istəklərə qarşı olanlar Azərbaycan xalqını təmsil edə bilməzlər!!! Mən belə düşünürəm