hemle

DEPUTATDAN VACİB AÇIQLAMA: “Düşməni məcbur edəcəyik ki, torpaqlarımızı işğaldan azad etsin”

Tarix:18-07-2020, 13:54
Baxış Sayı:526

ATESH,AZ saytı yayımladı.

17 iyulda Minskdə genişləndirilmiş Avrasiya Hökumətlərarası Şurasında çıxışı zamanı Ermənistanın baş naziri Nikol Paşinyan Azərbaycanla sərhəddəki münaqişəni həll etmək üçün sülh danışıqlarına getməyə hazır olduğunu bildirib.

Bununla bağlı KONKRET.az-a danışan deputat Ramil Həsən bildirib ki, Azərbaycanla Ermənistan arasında baş verən hərbi münaqişələrin tarixi və kökü çox qədimlərə dayanır: “Sovet ittifaqı dövründə də 1988-ci ildən başlayan prosesdə ermənilər şovinist və faşist düşüncələri, idarəetmə sistemləri ilə yüz minlərlə azərbaycanlını doğma dədə-baba yurdlarından qovub didərgin salıb.

Qarabağda müharibəni başladan, mono-millət mexanizmini işə salan, Böyük Ermənistan xülyası ilə yaşayan bir millət hələ sülh danışıqlarına hazır deyil. Ermənistanın indiki baş naziri Nikol Paşinyanın timsalında biz bunu görürük.

Son dövrlər verdiyi açıqlamaların bu baxımdan heç bir əsası yoxdur. Ümumiyyətlə, Paşinyanın hakimiyyətə gəlməsi və 2018-ci ildən bu günə kimi verdiyi bəyanatlara fikir versək, görərik ki, söylədiyi fikirlər bir-birini inkar edir. Bütün bunlar mənfur bir siyasətin təzahürüdür. Azərbaycanla danışıqlara hazır olduğunu bəyan etməklə Paşinyan dünyanın gözündən pərdə asmaq, sülh elçisi kimi görünmək, BMT-nin qlobal atəşkəs çağırışına sözdə dəstək verib, real həyatda təcavüzkar xislətini gizlətməyə çalışır.

Bu mənada Azərbaycan torpaqlarının, xüsusilə də beynəlxalq təşkilatlar tərəfindən rəsmən tanınan sərhədləri boyu hücuma keçərək torpaqlarımızı yenidən ələ keçirmək və Azərbaycan xalqına qarşı illərlə davam etdirilən faşist siyasətini yenidən davam etdirmək niyyətində olan Paşinyan son dövrlər sülh elçisi kimi yenidən ortaya çıxıb”.

Deputat qeyd edib ki, dünyada baş verən bütün proseslər cənab prezident İlham Əliyevin uzun müddətdir ki, xüsusi qeyd etdiyi hücum diplomatiyasının və güc mexanizminin nə qədər önəmli olduğunu bir daha göstərir: “Əgər biz düşməni diz çökdürüb, sülh masasında otuzdurmaq istəyiriksə, biz hər zaman güclü olmalıyıq.

Bu gün Prezidentin səfərbərlik çağırışına səs verən 100 minlərlə oğul və qızlarımız könüllü olaraq orduya yazılır, doğma torpaqlarını düşmən tapdağından azad etmək uğrunda canını belə verməyə hazır olduğunu bəyan edir. Düşmən iyrənc oyununu davam etdirir. Paşinyan və onun əlaltılarının yenidən sülhə dəstək vermiş kimi özlərini göstərməklərində məqsədləri guya Azərbaycan dövlətinin sülh danışıqlarından qaçdığı kimi göstərməyə çalışmaqdır. Azərbaycan diplomatik danışıqlar masasında həm də cəbhədə güclü olduğunu dəfələrlə sübuta yetirib.

Biz düşməni məcbur edib sülh sazişini imzalatdırmaq istəyiriksə, güclü olmalı, hücum diplomatiyasından istifadə etməliyik. Bununla yanaşı, Paşinyanın sərsəm danışıqlarına fikir verməməliyik. Bu günə Paşinyanın verdiyi açıqlamalar bir-birinə ziddir. Azərbaycan Prezidentinin fikri və mövqeyi isə hər kəsə bəllidir. Azərbaycan xalqı cənab Prezidentin arxasındadır. Xalqımızın hər bir nümayəndəsi Ali Baş Komandanın rəhbərliyi ilə torpaqlarımızı işğaldan azad etməyə hazırdır. Azərbaycan dövləti heç bir zaman sülh danışıqlarından qaçmayıb.

1994-cü ildə imzalanmış atəşkəsin bu günə qədər davam etməsində əsas təşəbbüskar Azərbaycan olub. Paşinyanın sərsəm sülh açıqlamaları real həyatda öz əksini tapmır. O, özünü sülh carçısı kimi göstərib dünyanın gözünə kül üfürmək istəyir. Axşam olan kimi də Azərbaycan sərhədlərində müxtəlif təxribatlara əl atırlar. Ona görə də düşünürəm ki, Paşinyan sülh istəyi ilə bağlı həqiqətlərə söykənən faktlar ortaya qoymalıdır. Azərbaycan güclü dövlətdir. Bu günə kimi gücümüzü cənab Prezidentin rəhbərliyi ilə həm cəbhədə, həm də diplomatik danışıqlar masasında sübuta yetirmişik. Biz bu şəkildə düşməni məcbur edəcəyik ki, sülh sazişini imzalayıb torpaqlarımızı işğaldan azad etsin”.
ATESH,AZ

Digər xəbərlər
15:30 Dövlət işində çalışanlara BƏD XƏBƏR
15:27 Uşaqlar üçün yaşayış minimumu artırıldı
15:25 Azərbaycanda alimentin minimum məbləği artırılır
15:24 Bu halda vətəndaşın işsiz statusu ləğv edilir
14:26 QAZ XƏTLƏRİNƏ HAVA NİYƏ VURULUR?- AÇIQLAMA
10:44 Ömrü uzatmağın sadə yolu tapıldı
10:43 Bu gün Bakıda daha bir bəyannamə qəbul ediləcək
10:40 COP29 tədbirinin vaxtı uzadıldı