hemle

TOVUZDA ŞƏHİD OLAN HƏRBÇİLƏRİN AİLƏLƏRİNƏ PREZİDENT TƏQAÜDÜ VERİLƏCƏK

Tarix:18-07-2020, 12:49
Baxış Sayı:423

ATESH,AZ saytı yayımladı.

Ermənistan silahlı qüvvələrinin Azərbaycanın Tovuz rayonu istiqamətində atəşkəs rejimini kobud şəkildə pozması nəticəsində həlak olmuş şəhid hərbi qulluqçuların ailələrinin sosial müdafiəsinin, məşğulluğunun təmin edilməsi məqsədilə müvafiq tədbirlərə başlanıb.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən ONN media-a verilən məlumata görə, nazirliyin Xətai, Sumqayıt, Tovuz, Qazax, Ağstafa, Biləsuvar, Masallı və İsmayıllı şəhər və rayon bölmələrinin rəhbər şəxsləri şəhidlərin ailələri ilə görüşüb, onlara dövlətin daim dəstəyi ilə əhatə olunacaqları bildirilib.

Şəhidlərin ailələrinə Azərbaycan Respublikası Prezidentinin aylıq təqaüdlərinin, həmçinin pensiya hüququ olmayan ailə üzvlərinə aylıq müavinətlərin, ailə başçısını itirməyə görə müvafiq sosial təminat ödənişlərinin təyinatı istiqamətində işlər görülüb.

Eyni zamanda, onlara dövlət məşğulluq xidmətləri, aktiv məşğulluq tədbirləri barədə məlumat verilib. Şəhidlərin ailə üzvlərindən işsiz olan şəxslərin özünüməşğuluq proqramına cəlb edilmək üçün potensialları müəyyən edilib. Onların proqram çərçivəsində kiçik ailə təsərrüfatlarını yaratmaları məqsədilə müvafiq işlərə başlanılıb. Həmçinin həmin şəxslərdən bir qismi istəklərinə uyğun olaraq ödənişli ictimai işlərə və digər aktiv məşğulluq tədbirlərinə cəlb edilmələri üçün qeydiyyata götürülüblər.


Qarşıdakı dövrdə şəhidlərimizin ailələrinin sosial vəziyyəti diqqətda saxlanılacaq, müvafiq dəstək tədbirləri ilə əhatə olunacaqlar.

ATESH,AZ

Digər xəbərlər
14:43 “ƏDV geri al”anlara XƏBƏRDARLIQ
14:41 Bu ziyarətgaha gedənlərə şad xəbər
14:38 Sürücülük vəsiqəsi ilə bağlı MÜHÜM YENİLİK
14:35 NATO Mərkəzində Azərbaycan bayrağı qaldırıldı
14:33 Rusiya-Almaniya müharibəsi başlayır? - Çin xəbərdarlıq etdi
14:30 “Yeniyetmələri azərbaycanlılar qaçırıb” iddiasına Ermənistandan rəsmi reaksiya gəldi
14:27 İsrail İranın gizli planını açıqladı: hücum üçün görün hansı ölkədən dəstək alıblar
14:23 Leyla Əliyevanın təşəbbüsü ilə ailələrə qurban paylarının çatdırılması davam edir