hemle

“Ərdoğan məcbur edəcək ki, Putin Qarabağı…” – Şok iddia

Tarix:15-07-2020, 16:20
Baxış Sayı:474

Türkiyə Xarici işlər naziri Mövlud Çavuşoğlu və Müdafiə naziri Hulusi Akardan sonra Prezident Rəcəb Tayyib Ərdoğanın Azərbaycana dəstək bəyanatı Ermənistanda narahatlıq yaradıb.

ATESH,Az saytı Teleqraf.com saytına istinadən xəbər verir ki, xüsusən də türk liderin sərt xəbərdarlığını müzakirəyə çıxaran işğalçı ölkənin mediası Qarabağ savaşında Ermənistanın yeganə müttəfiqi Rusiyanı etinasızlıqda ittiham edir.

Jurnalist Akop Badalyan Ermənistan-Azərbaycan sərhədlərində baş verənləri ölkəsini görünməmiş sınaq qarşısında qoyduğunu bildirib.

O, “Rus NATO”su adlandırılan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatında (KTMT) yalnız İrəvanın nümayəndəsi Viktor Biyaqovun ölkəsini dəstəklədiyini bildirib. Badalyanın sözlərinə görə, KTMT Daimi Şurasının iyulun 14-də keçirilən iclasında heç bir müttəfiqi Azərbaycanı qınamadı: “Ankara isə dərhal bir qərara gələrək Azərbaycanı dəstəkləyən bəyanat verdi”.

Badalyan iyulun 13-də Rusiya və Türkiyə prezidentləri arasında baş tutan telefon danışığına da diqqət çəkib: “Telefon danışığında Suriya və Liviya məsələləri müzakirə edildi. Ermənistan-Azərbaycan sərhədindəki vəziyyətin müzakirə olunduğu bildirilmir”.

Akop Badalyan istisna etmir ki, Ərdoğan sözügedən telefon danışığında az da olsa, rusiyalı həmkarı Vladimir Putinlə Ermənistan-Azərbaycan sərhədlərində baş verən son olayları müzakirə edib.

Erməni jurnalist Türkiyə liderinin Ermənistan-Azərbaycan münaqişəsinin həll prosesindəki aktivliyindən doğan təəccübünü gizlətmir və qəribə bir sual verir: “Putin həqiqətən bu məsələdə ənənəsini pozub Ərdoğanla danışacaq?”

Erməni mediasının iddiasına görə, Liviya və Suriya böhranları ətrafında Putinlə aktiv müzakirələr aparan Ərdoğanın masasında yeni bir məsələ də var: Ermənistan-Azərbaycan münaqişəsi. Həmin iddiaya görə, Rusiya tərəfi bu münaqişəni Suriya və Liviya böhranları ilə əlaqələndirməkdən imtina etsə də, Türkiyə tərəfi təkid edir.

İşğalçı ölkənin ictimai-siyasi çevrələri narahat olub ki, Suriya və Liviyada Türkiyə ilə anlaşmağa məcbur olan Rusiya sonda Ermənistan-Azərbaycan münaqişəsində də güzəşt mövqeyində duracaq.

Müəllif: Mənsur Rəğbətoğlu
ATESH,AZ

Digər xəbərlər
15:30 Dövlət işində çalışanlara BƏD XƏBƏR
15:27 Uşaqlar üçün yaşayış minimumu artırıldı
15:25 Azərbaycanda alimentin minimum məbləği artırılır
15:24 Bu halda vətəndaşın işsiz statusu ləğv edilir
14:26 QAZ XƏTLƏRİNƏ HAVA NİYƏ VURULUR?- AÇIQLAMA
10:44 Ömrü uzatmağın sadə yolu tapıldı
10:43 Bu gün Bakıda daha bir bəyannamə qəbul ediləcək
10:40 COP29 tədbirinin vaxtı uzadıldı