hemle

Türkiyənin Azərbaycana dəstəyi Ermənistanı təşvişə saldı - Təcili məktub yazdılar

Tarix:15-07-2020, 11:02
Baxış Sayı:494

Ermənistan parlamentinin sədri Ararat Mirzoyan Azərbaycanla sərhəddə yaşanan gərginlikdə Türkiyənin Azərbaycan ordusuna verdiyi dəstəkdən narazılığını ifadə edib.

ATESH, AZ saytı Teleqraf.com saytına istinadən xəbər verir ki, Ararat Mirzoyan Avropa Parlamentinin sədri David Sassoli, Belçikanın AŞPA-da nümayəndə heyətinin rəhbəri Hendric Dama və ATƏT-in Parlament Assambleyasının prezidenti George Tsereteliyə məktub yazıb.

O, Türkiyənin Azərbaycan ordusuna verdiyi dəstəyin regional təhlükəsizliyə təhdid olduğunu deyib: "Azərbaycan ordusu Türkiyə Xarici İşlər Nazirliyinin dəstəyini alır və bu vəziyyət əlavə gərginlik yaratmaqla yanaşı, regional sabitliyi və təhlükəsizliyi təhdid edir".

Mirzoyan həmçinin Azərbaycanın beynəlxalq hüququn əsas prinsiplərini pozduğunu da iddia edib.

Müəllif: Yeganə Oqtayqızı
ATESH,AZ

Digər xəbərlər
14:16 Qonşu ölkə işıqsız qaldı
14:13 Bank kartınızdakı pulları belə qoruyun
14:11 Çinin Zəngəzur dəhlizinə yanaşması diqqət çəkir - "Kaspi"nin TƏHLİLİ
14:00 Külli miqdarda narkotik vasitəni ölkə ərazisinə keçirən şəxslər saxlanıldı
13:53 Rusiya bu ölkələrlə əməkdaşlığı dayandırdı: Səbəb nədir?
22:18 Müavinət və təqaüd alanlara şad xəbər: Növbəti artım...
22:17 Bakı metrosunda ediləcək dəyişikliklərlə bağlı daha bir rəsmi açıqlama
22:14 Azad olunmuş ərazilərə bu il nə qədər pul xərclənib?