hemle

Müdafiə Nazirliyinin bəyanatı: Azərbaycan Ordusu əmri yerinə yetirməyə hazırdır və qadirdir

Tarix:14-07-2020, 18:41
Baxış Sayı:564

İyulun 12-dən başlayaraq düşmən Tovuz istiqamətində vəziyyəti gərginləşdirməyə cəhd göstərib.

ATESH“Yeni Gündəm”-in məlumatına görə, bunu Müdafiə nazirliyinin mətbuat xidmətinin rəhbəri Vaqif Dərgahlı bildirib.

O qeyd edib ki, Müdafiə Nazirliyi yaranmış vəziyyətlə əlaqədar bəyanat yayır.

Bəyanatda deyilir: “Hazırda ön xətdə şiddətli döyüşlər gedir. Bölmələrimizin gördüyü cavab tədbirləri nəticəsində böyük itkilər verən düşmən geri çəkilməyə məcbur edilib. Döyüş zamanı ön xətdə olan general-mayor Polad Həşimov və digər hərbi qulluqçular qəhrəmancasına şəhid olublar. Düşmənin aktiv fəaliyyətinin qarşısının alınması məqsədi ilə komandanlıq tərəfindən görülmüş cəza tədbirləri nəticəsində düşmənə məxsus müxtəlif təyinatlı hərbi texnika, döyüş vasitələri, komanda məntəqələri, dərinliklərdə yerləşən ehtiyatları və yüzlərlə canlı qüvvəsi məhv edilib. Qarşı tərəf həmişə olduğu kimi cəbhədə vəziyyəti gərginləşdirdikdə yaşayış məntəqələrimizi atəşə tutmaqda davam edir. Yaşayış məntəqələrindəki mülki əhalini basqı altında saxlamağa cəhd göstərir. Azərbaycan xalqı bilsin ki, ordumuzun bu istiqamətdə olan bölmələri düşmənin hücumunun qarşısını almağa qadirdir və hazırdır. Bu istiqamətdə hazırda tədbirlər həyata keçirilir. Düşmənin dərinliyindəki atəş mövqeləri zərərsizləşdirilib və ehtiyatları vurulub. Hazırda vəziyyət gərgin olaraq qalır. Düşmənə qarşı həyata keçirilən cavab tədbirləri davam edir. Əməliyyat şəraiti bölmələrimizin tam nəzarəti altındadır. Xalqımızı əmin etmək istəyirik ki, Azərbaycan Ordusunun şəxsi heyəti Ali Baş Komandanın verəcəyi hər bir əmri yerinə yetirməyə hazırdır və qadirdir. Həmişə olduğu kimi ordumuz müzəffər yürüşünü davam etdirəcək və onun böyük ruh yüksəkliyi ilə düşmənin başını əzməsi istiqamətində həyata keçirdiyi tədbirlər davam etdiriləcək”.

Digər xəbərlər
21:49 Ev "apteçka"sındakı 5 ən təhlükəli dərman AÇIQLANDI
21:44 Sərhəddə nə baş verir? - Tovuz rayonu istiqamətində..
21:42 "Kartdan karta" köçürmə edənlərin DİQQƏTİNƏ
21:39 “Hər iki dəqiqədə bir hamilə qadın ölür”: ÜST-dən dəhşətli statistika
21:34 David Babayandan daha bir etiraf: Sadə pasportlarımız kimi, diplomatik pasportlar da...
21:32 Xəzərə tullantı su axıdan qurum cəzalandırıldı
21:29 İran nüvə silahı yaratmaq niyyətindən danışıb: Heç vaxt...
21:26 BMT-dən Qarabağdakı mina partlayışlarına reaksiya