hemle

Qabil Ədalət: "Vətənpərvərlik uşaq baxçalarından başlamalıdır" -Müsahibə - ATƏŞ,AZ

Tarix:1-02-2017, 15:05
Baxış Sayı:1 118

Atəş.az Qabil Ədalətin Hərbiand.az saytına verdiyi müsahibəni təqdim edir.
Biz vətəndaşımız olan hər bir xalqın və millətin nümayəndəsinə bərabər münasibət göstəririk. Bu dəyərin cəmiyyət arasında azərbaycançılıq ideologiyası olduğunu təbliğ etməklə də hökümlüyük. Bu mövzuda həmsöhbətim ixtisasca iqtisadçı, gənc və fəal qələm adamı Qabil Ədalətdir.
– Mövzumuz azərbaycançılıq ideologiyasıdır. İlk öncə özünü təqdim et, sonra söhbətimizə davam edərkən mövzumuza start verəcəyik.
Gənc yazar, "BAYAT" İB sədri Qabil Ədalət
– İdeologiya deyiləndə nə düşünürsüz?
– Ümumiyyətlə ideologiya deyiləndə ilk olaraq müasir dövr üçün ideologiyanın banisi ümummilli lider Heydər Əliyevi xatırlayıram. İdeologiya mənimçün ideya, yeni fikir, yenilik anlamına gəlir. Bütün sahələrdə ideologiya vacibdir. Hər hansı peşə sahibi olursaq olaq, o sahədə ideyalar kəşf etməliyik və ümummilli liderimizin bizə əmanət etdiyi digər prinsiplər kimi ideologiyamızı da qorumalıyıq deyə düşünürəm.
– Özünüzdə gəncsiz və bu gün gənclərdə azərbaycançılıq ideyası necə formalaşır?
– İsdedalı, ideyalarla dolu gənclərimiz çox olsa da, mənim fikrimcə azərbacançılıq ideologiası çox zəif inkişaf edir. Bəli, mən özüm də gəncəm, bundan əlavə hər gün gənclərin əhatəsindəyəm. Erməni kimi mənfur düşməni olan bir dövlətin vətəndaşlığını daşıyan gəncin qəlbi yalnız Azərbacanla döyünməlidir. Biz gənclər dövlətimizin birlik savaşçısı, davamçılarıyıq. Tarximizi, kimliyimizi bilməsək, böyük şəxsiyyətlərimizin bu günə kimi qoruyub saxladıqlarını sabaha daşıya bilməyəcəyik. Təəssüf ki, gənclərimiz aşırı dərəcədə Avropaya meyillidir. Düzdür, dünya arenasında inkişafımız, ölkəmizi müxtəlif yarışmalarda, beynəlxalq tədbirlərdə təmsil etməyimiz bizim uğurumuzdur. Ancaq bəzi gənclərimiz Avropadan mənfi xüsusiyyətləri götürür. Soy-kökümüz, tariximiz, milliliyimiz var və biz bu dəyərlərə sadiq olmalıyıq.
– Məsuldar Azərbaycan gənci olaraq bu istiqamətdə hansı tədbirlərin görülməsini daha vacib hesab edirsiz?
– Bu, ilk növbədə, ailələrdən, uşaq baxçalarından, orta məktəblərdən başlamalıdır. Bu gün ailələrdə təzə dil açan körpələri valideynlər xarici dillərə yönəldirlər. Nəticədə həmin uşaq ögey tərbiyə ilə böyüyür və öz ana dilimizin gerçək dəyərini anlamır. Bu isə ən böyük faciəmizdir. Əvvəlcə öz ana dilimizi mükəmməl bilməliyik, daha sonra istənilən qədər xarici dil öyrənməkdə qüsur yoxdur. Baxın, uşaqlara “Maşa və Ayı”nı izlətməkdənsə, milli-vətənpərvər ruhlu cizgi filmlərimizi izlətsək, daha yaxşı olmazmı? Ərazisinin 20 fazi işğal olunmuş bir dövlətin vətəndaşları olaraq işimiz ancaq vətən üçün çalışmaq olmalıdır. Vəzifəsindən asılı olmayaraq, hərəmiz öz sahəmizdə vətənimizi sevib sevdirməyi bacarmalı, milli dəyərlərimizi qorumalı və ideologiyamıza sahib çıxmalıyıq. Orta məktəblərimizdə hərbi hazırlıq dərsi çox zəifdir. Hansı ki, gənclərimiz hərbi xidmətə başlayanda artıq müharibənin, silahlın, döyüşün nə olduğunu bilməlidir. Dövlət dəstəyi görən xeyli sayda milli telekanallarımız var. Ancaq cəmi 1-2 kanalda, həftədə bir dəfə bir saatlıq vətənpərvər ruhda verilişlər hazırlanır. Yersiz, gənclərə mənfi təsir göstərən proqramlar baş alıb gedir. Gəncliyi vətənpərvər ruha kökləyən verilişlər, azərbaycançılıq ideologiyasını özündə əks etdirən debatlar, yarışmalar və s. kimi layihələr işlənib hazırlanmalıdır. Bu gün dünyanı zəbt edən internet vasitəsilə də ideologiyamızın təbliği mümkündür, sadəcə əsaslı çalışmalara gərək duyulur. Kütləvi informasiya vasitələrimizin, qəzetlərin, saytların, dərgilərin borcudur ki, bu missiyanı həyata keçirsin.
– Əgər on gəncdən beşi vətənpərvər olduğunu vurğulayarsa, bu bizim ziyalı zümrə olaraq ideologiyamızı nisbətən yaxşı təbliğ etməyimizdən xəbər verə bilər. Çünki şəxsən mənim anladığım ideologiyanın daxili prinsipləri vətən naminədir. Bəs bu gün o gənclər məhduddursa nə etməli, təbliğatımızı necə qurmalıyıq?
– Çox gözəl sualdır. Prezidentimiz gənclərə hər cür şərait yaradır. Bu yaxınlarda mən Azərbaycan Respublikası Prezidenti yanında Gənclər Fondunun elan etdiyi 5- ci qrant müsabiqəsinə vətənpərvərlik mövzusunda “Vətən sevgisi sərhəddən başlamır, sərhəddə bitmir”adlı bir layihə ilə qatıldım və qalib oldum. İlk öncə təbliğat materialı olaraq, banner, 600 ədəd buklet, 600 ədəd layihənin hədiyyəsi, ləyihənin diplomunu çap etdik və layihəyə start verdik. Fondun maliyyə hesabına layihə çərçivəsində döyüşçülərin təmas xəttində yerləşən Ağdam, Ağcəbədi rayonlarının bir neçə orta məktəbində şagirdlərlə görüşdük. Tədbirlərimiz məktəblərdə baş tutsa da, kənd sakinləri də bizə qoşulmuşdu. “Vətən sənin üçün nədir? Vətəni necə sevməlisən? Bizim düşmənlərimiz kimlərdir? Vətən hardan başlayır, harda bitir?” və s. kimi sullar ətrafında gözəl müzakirələr apardıq, ancaq təəssüflər ki, cavablar bizi o qədər də qane etmədi. Vətənpərvərlik təbliğatının azlığı özünü göstərirdi. Lakin fərqlənən gəncləri layihənin həvəsləndirci doplomları ilə təltif etdik. Layihə çərçivəsində vətənpərvər mövzuda “Bitməz könlümüzün vətən sevgisi” adlı antalogiya tərtib etdik və seçimlər əsasında 53 yazarın ədəbiyyat nümunələrini çap etdik. Bundan başqa yenə Gənclər Fondunun dəst xətti ilə “Ən yaxşı vətənpərəvər şeir müsabiqəsinə” start verdik. Bu da gənc yazarlarımızın böyük marağına səbəb oldu.Yarışma Bakı və Sumqayıt səhərlərində baş tutdu . Beləliklə, layihələrim çox uğurla həyata keçdi. Azda olsa 1000-dən artıq gəncdə vətən sevgisini oyatmağa cəhd etdim. İstənilən gənc Prezidentimizin bizlər üçün yaratdığı bu fürsətdən yararlana bilər və əgər bundan sonra da ideologiyamız, milli-mənəvi dəyərlərimiz qorunacaqsa, birbaşa gəncliyin özü qorunacaq. Məncə çox yox, 10/1 gənc vətən naminə bu cür təbliğatlar aparsa, bəs edər.
– Gənc nəsil bir başqa istiqamətdə dayanır, çünki hər şey kökə bağlıdır anlayışı bütün fərdlərə şamil edilə bilməz. Bəs yaşlı ziyalılarımız necə, milli dəyərləri özündə cəmləşdirən ideologiyanın yeni nəslə düzgün ötürülməsində yetərincə çaba göstərir?
– Ümumiyyətlə bizim milli mənəvi dəyərlərimizin, mentolitetimizin, tariximizin, bir sözlə, ulu öndər Heydər Əliyevin qurduğu azərbacançılıq ideologiyasının bizlərə gəlib çatmasında, qorunmasında, gənclərin vətənpərvərliyə cəm olmasında yaşlı nəslin rolu böyükdür. Bu danılmazdır. Misal üçün, bu yaxınlarda xarici ölkələrin birində idik.Tamamilə başqa iş üçün getmişdik. Mart ayı olmasına baxmayaraq, yaşlı nəslin nümayəndələri bizdən tələb etdi ki, indi çıxıb şəhərin mərkəzində Xocalı aksiyası keçirəcəyik. Biz də onların istəyi ilə şəhər meydanında əllərimizdə bayraq Xocalıya Ədalət şüarı altında yürüş keçirdik. Sadəcə bir yürüş mənim üçün bir dərs, bir ibrət oldu.
– Bu sual mənimçün demək olar ki artıq ənənəyə çevrilib. Deyirlər nə istədiyini bilməyən insandan arif olmaz. Bəs biz öz idealarımızdan nə istədiyimizi bilirik?
– Maraqlı sualdır. Əgər insan ideyadan nə istədiyini bilmirsə, o insan nəinki azərbaycançılıq ideologiyasının, heç ideyanın nə olduğunu belə bilmir. Yəqin ki, bilirik…
– Azərbaycançılıq məfkurəsinin bütün həmvətənlərimiz arasında yayılmasına, bu ideyanın geniş ictimai dəyər qazanmasına səbəb ola bilmək üçün ümumilikdə elm adamlarının üstünə hansı vacib vəzifələr düşür?
– Bizim kifayət qədər elm xadimlərimiz var, sadəcə onlara şərait yaratmaq lazımdır ki, öz elmlərini ictimailəşdirib kütlə forması alan topluma çatdırsın. İnternet portala 15 nəfər daxil olanda, cəmi 10 nəfər qəzet alır. Eyni halda, əgər dərgini 5 nəfər alıb oxuyursa, televiziyaya baxan 100 minlərlə insan var. Bu gün elm adamlarının əlində maksimum kitab çap etmək imkanı var, kitaba ögey yanaşma isə artıq böyük bir bəlaya çevrilib. Mənim fikrimcə bu illətdən qurtulmaq üçün iki yol var. Ya problemləri kütləvi proqramlar vasitəsilə efirlərdə ictimailəşdirmək, ya da orta və ali təhsil ocaqları üçün yeni dərsliklərin nəşri yolu ilə aradan qaldırmaq…
– Bu gün cəmiyyət arasında belə bir fikir formalaşmaqdadır: “Azərbaycanda rusa, ingilisə yer var, amma xaricdə bizimkilərə yer yoxdur”. Bəzən də “Bizdə əcnəbilərə dəyər verilir” deyə, yersiz qısqanclıqlara yol verilir. Sizcə bu cür düşünən insanların azərbaycançılıq ideologiyasından xəbəri var?
– Deməzdim xəbəri yoxdur. Bizim nece qonaqpərvər xalq olduğumuz hər kəsə açıq-aydın bəllidir. İndiyə kimi 10-a yaxın xarici ölkədə olmuşam, amma bu ölkələrin içində bizim kimi qonaqpərvər, qonağa sayqı, ehtiramla yanaşan ikinci bir xalq görməmişəm. Bizim qanımız belə dövr edir və bu bizə babalarımızdan əmanətdir. Əmanətə isə xəyanət olmaz. Biz rusa, ingilisə yer vermirik. Biz öz azərbaycançılığımıza yer veririk.
– Düz vurğuladınız, biz əzəldən qonaqpərvər xalq kimi tarixə düşmüşük. Bu gün isə, milli ideologiyamız bizdən tək qonaqpərvərliyi yox, həmçinin vətənimizdə vətəndaşlıq alan bütün millətlərə isti münasibəti, anlayışı, dostluğu və qardaşlığı aşılayır.
– Əlbəttə biz uşaqlıqdan görmüşük ki, qonağın necə uca məqamı olub. Bunu görə-görə də böyümüşük. Qonağı qarşılamaq mədəniyyət tələb edir. Hər birimiz dahi şəxsiyyətlərimizin qurub bizə əmanət etdiyi Azərbaycanın qədimliliyini, dünəni və bu gününü gələcəkdə də olacağını bütün bəşəriyyətə çatdırmalıyıq. Azərbaycan sevilməlidir. Çünki anamız qədər müqəddəsdir.Vətəni olmayan xalq ancaq kölə ola bilər. Köləliksə, bu günə qədər tökülmüş qan yaddaşını silə bilməz.

Ramilə QARDAŞXANQIZI

Digər xəbərlər
08:54 "Günəşli" neft yatağında baş verən faciədən doqquz il keçdi
08:52 Atom bombasının yaradıcısının nəvəsindən nüvə silahı barədə məyusedici proqnoz
08:48 Yorğunluq, çəki artımı, saç tökülməsi və estetik qüsurlar - Həkim simptomların səbəbindən danışdı
08:45 Azərbaycanın təndirçilik sənəti və çörəkbişirmə üsulu UNESCO-nun qeyri-maddi irs siyahısına salınıb
08:42 Səhər yeməyində bunu yeməyin, xərçəng yaradır
08:39 Bayramı bölgələrdə keçirmək istəyənlərin NƏZƏRİNƏ - Qiymətlər ötən ildən YÜKSƏK OLACAQ
08:32 Nüvə müharibəsi riski ilə bağlı daha bir XƏBƏRDARLIQ - "Amerikalıların xəbəri olmadan..."
08:29 Vərəmin "KİTABI BAĞLANIR" - Bəzi göbələklərdə unikal dərmanlar tapıldı