hemle

İğdırda ümummilli lider Heydər Əliyev anıldı

Tarix:14-12-2016, 16:51
Baxış Sayı:859

İğdır Azərbaycan Evi Dərnəyi, Azərbaycan Qars Başkonsolosluğu və İğdır-Azərbaycan Dil, Tarix və Mədəniyyət Birliyini Yaşatma və Dəstəkləmə Dərnəyi tərəfindən təşkil edilən Azərbaycanın ümummilli lideri Heydər Əliyevin anım mərasimi Heydər Əliyev parkında yerləşən Heydər Əliyev anıtında reallaşdı.
Təşkil edilən mərasimdə İğdır valisi Əhməd Turqay Alpman, respublika baş prokuroru Sedat Turan, vali köməkçisi Bilgehan Karanfil, təhlükəsizlik müdiri Orhan çevik, alay komandiri Qəhrəmən Dikmən, Azərbaycanın Qars baş konsulu Nuri Quliyev, İğdır şöbəsi konsulu Behbud Qadalı, MHP il başçısı Üstün Eğrice, mahal başçısı Yaşar Çeçen protokol üzvləri və iş adamları, qeyri-hökumət təşkilatları nümayəndələri Heydər Əliyev Fən Lisesi idarəçiləri, şagirdləri, dərnək başçıları və İğdırlılar qatıldı.
Proqramın təşkilatçısı İğdır Azərbaycan Evi Dərnəyi başçısı Sərdar Ünsal ",Türk Dünyasının liderlərindən olan Heydər Əliyevi ölümünün 13 -cü il dönümünü rəhmətlə xatırlayırıq. Heydər Əliyev Azərbaycanı Qafqazın parlayan ulduzu etmişdir.Türkiyə Azərbaycan qardaşlığına əhəmiyyət verərək "Bizlər iki dövlət tək millətik" demişdir. Azərbaycanı bölgənin güclü dövləti etmişdir. Bu günkü prezidenti İlham Əliyev də atasının izi ilə gedərək Azərbaycanı siyasi, iqtisadi, hərbi sahədə güclü etmiş Türkiyə Azərbaycan qardaşlığını gücləndirmişdir. Hər sahədə Türkiyənin yanında yer almıştır.Bütün şəhidlərin ruhu üçün sizləri bir dəqiqəlik sükutla yad etməyə dəvət edirəm"dedi.
Mərasimdə sükutdan sonra dini müəllim Vəli Bədıər Türkiyə, Azərbaycan şəhidləri və Heydər Əliyevin ruhu üçün Quranı Kərim oxudu.
İğdır-Azərbaycan Dil, Tarix və Mədəniyyət Birliyini Yaşatma və Dəstəkləmə Dərnəyi başçısı Ziya Zakir Acar çıxışında "Müasir Azərbaycan dövlətinin qurucusu, Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin siyasi-ideoloji çalışması yalnız Azərbaycan sərhədləri ilə bitməmiş, həm də bütün Türk Dünyasını əhatə etmişdir. Heydər Əliyevin düşüncəsinin ən müvəffəqiyyətli davamçısı, prezidenti İlham Əliyevin Türkiyəyə, Türklüyə sevgisi yalnız bir Türk bağlılığı deyil, həm də ulu babalarımızdan bizə miras qalan və göz bəbəyi kimi qorunaraq gələcək nəsillərə əmanət verilməli bir Azərbaycanlılıq, Türkçülük əxlaqıdır. Azərbaycan və Türkiyə Bakı- Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum, Qars-Tbilisi-Ceyhan və digər strateji layihələrdə bir yerdədir. Təməl prinsiplərində dahi Atatürkün "Yurdda sülh, dünyada sülh" fikri dayanan Türkçülük ideologiyası Türkiyə və Azərbaycanın dostluq şüarınız. "Bir millət iki dövlət" kimi. "
İğdır konsulu Nuri Quliyev İstanbul şəhidlərinin ağrısını bütün Azərbaycan türkləri olaraq ürəyimizdə hiss edirik. Şəhitlərimizə Allahdan rəhmət diləyirəm. İki dövlət arasındakı qardaşlıq əlaqələri, sonsuza qədər davam edəcək. İğdırlıların bu mənalı gündə həmişə birlik və bərabərlik içində bizimlə olması Heydər Əliyevi çox sevdiyinin böyük bir göstəricisidir. Bu xüsusi gündə bütün yoldaşlarımıza, dostlarımıza təşəkkür edirik..Haydar Əliyev Türkiyə Azərbaycan münasibətlərinə böyük əhəmiyyət vermişdir. Azərbaycan ilə Türkiyə arasında qardaş körpüləri qurmuşdur. Heydər Əliyev, Türkiyə və Azərbaycan arasındakı yaxşı əlaqələrin təməlini atmış bir liderdir. Çox böyük addımlar atmışdır. Bu gün Azərbaycanın inkişafı və rifaha qovuşması, onun işləri sayəsində bu gün də davam etməkdədir. Heydər Əliyev tək millət iki dövlət düşüncəsiylə hərəkət etmişdir. Mərhum liderimizin sayəsində Türkiyə və Azərbaycan arasında əhəmiyyətli iqtisadi inkişaflar yaşanır. Biz də bu əlaqələrin daha da yaxşı vəziyyətə gəlməsi üçün fəaliyyətlərimizi davam etdiririk. Bu gün prezidentimiz İlham Əliyev də eyni düşüncəylə hərəkət edir "dedi.
İğdır valisi Əhməd Turqay Alpman da öz növbəsində İstanbuldakı şəhidlərimizin ağrısını Azərbaycan Türklərinin yaşaması qardaşlığımızın göstəricisidir. "İki dövlət bir millət" Heydər Əliyev sayəsində Türkiyə Azərbaycan qardaşlığı ən üst səviyyəyə çıxmışdır.Ümummilli liderimizə allahdan rəhmət diləyirəm, ruhu daim şad olsun deyərək mərasimi yeklunlaşdırdı.
Daha sonra Heydər Əliyevin büstü üzərinə qırmızı qərənfillər düzüldü.

hemlemedia.az


Digər xəbərlər
15:30 Dövlət işində çalışanlara BƏD XƏBƏR
15:27 Uşaqlar üçün yaşayış minimumu artırıldı
15:25 Azərbaycanda alimentin minimum məbləği artırılır
15:24 Bu halda vətəndaşın işsiz statusu ləğv edilir
14:26 QAZ XƏTLƏRİNƏ HAVA NİYƏ VURULUR?- AÇIQLAMA
10:44 Ömrü uzatmağın sadə yolu tapıldı
10:43 Bu gün Bakıda daha bir bəyannamə qəbul ediləcək
10:40 COP29 tədbirinin vaxtı uzadıldı