Bəziləri həkimlərin dilindən açıq hava xeyirlidir sözünü eşidib mahiyyətə varmadan qışqırırlar ki, buraxın rayonlara gedək, istirahət edək.
Mən də istəyirəm... Amma Bakı şəhərində sərt karantin qaydaları, maarifləndirmə, ictimai qınaq, polis nəzarəti, cərimələr və s tədbirlərə baxmayaraq ümumi yoluxma üzrə 55 faizdir göstərici. İndi gəlin fikirləşək icazə verildi aşağı rəqəm 1 milyon insan üz tutacaq regionlara müxtəlif istirahət mərkəzlərinə, rayon mərkəzlərinə kənd və qəsəbələrə. Cəmisi 100 nəfərin özü ilə virus aparması kifayətdir ki, gedənlər qarışıq region əhalisi ilə birgə gündəlik yoluxma 5000- 10000 arası olsun. Bu fikirləri Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının üzvü, Sağlam İnkişaf və Maarifləndirmə İctimai Birliyinin sədri Anar Xəlilov öz facebook səhifəsində paylaşıb.
"Bunu deməyə əsasım odur ki, “çox məsuliyyətli” vətəndaşlarımız çoxdur axı, orda maska taxmayacaqlar, istirahət mərkəzlərində musiqili əyləncələrdə sosial məsafə olmayacaq, gigiyena da regionlara gedən yollarda olanlardan tutmuş turizm bölgələrinə qədər mövcud restoran və kafelərdə necədi bilirsiz? Qabı və stolu necə yuyub təmizləyirlər çoxlarınıza məlumdur.
Mənim bir təklifim var hansı ailələrin regionlarda nənə, babası və ya yaxın qohumları var yaxşı olardı ki, bu ailələrə uşaqların yay mövsümündə ora gedilməsi icazə veriləydi. Uşaqlar hər halda mütəxəssislər qeyd edən kimi virusa dözümlüdürlər. Mənim Şuşam işğaldadı düşünməyin öz uşaqlarımı nəzərdə tuturam. Mən bu pandemiya başlayandan deyirdim ki, ciddi qəbul edək hər təhqiri yazırdılar, bu gün də yazırlar. Olsun mənə xalqım maraqlıdır, dövlətçiliyim vacibdir. Təhqir edənlər neynəsin valideynlərindən öyrəndiyi odur.
Bu gün də fikrimdə qalıram vəziyyəti düzəltmək öz əlimizdədir. Qaydalara əməl etmək özünü qorumaq və səbrli olmaq. Bu virusa biz çoxlu sayda gündəlik yoluxma ilə payıza daxil olsaq mövsümü qriplər də qarışacaq buna. Onda panikanı və vəziyyəti indidən təsəvvür edirəm. Vaksinin də tezliklə olacağına ümid etməyin olsa belə effekti olacaq ya yox bilinmir. Virus mutasiya da edə bilər. Yaxşı halda isə 6 milyarddan çox istehsalın zamanını da düşünün. Dərman da tapılsa eyni qayda. Ən azı yaxşı halda ümid edək ki, 2021ci ilin yanvarı dünya buna tam qalib gələcək. Təxribatlara qulaq asmayın, çaşdırıcı fikirlərə əhəmiyyət verməyin özünüzü və yaxınlarınızı düşünün.
Bu virusu indi araşdırmaq bizlərin vəzifəsi deyil bunun öz mütəxəssisləri var təbii virusdu və ya bioloji silahdı, oyundu nə bilim yer altı, zirzəmi, dəniz quldurları və s. qüvvələrin işidir nədir adi vətəndaşlar olan bizlərlik deyil.
Bu gün doğru olan budur ki, virus var! İnsanlar bu virusdan ölür. Dünya iqtisadiyyatı çökür. Mövcud səhiyyə sistemləri tab gətirmir. Virus sürətlə yayılır. Buna görə də bircə vəzifəmiz var hamılıqla həmrəylik, dövlətin ətrafında olmaq, qaydalara əməl etmək özünü qorumaq. Əsas budur. Başqa cür düşünənlər indidən deyirəm vəziyyət daha da pisləşsə müharibə qanunları ilə məhkum olunacaq buna tam əmin olun bütün dünyada belə olacaq. Kasıb insanlar da unudulmamalıdır bizim xalqın dəyərləri var lazım olsa çörəyimizi də bölməliyik.
Necə ki, 90-cı illərdə qaçqın və köçkün 1 milyon vətəndaşa digər bölgələr qucaq açdı və çörəyini böldü onda heç dövlət yox kimi idi. Dövlət də bu gün imkansız insanları diqqətdə saxlayır və yenə də diqqəti artıracaqdır. Biz bu gün bu virus müharibəsindən qələbə ilə çıxmalıyıq və bu qələbəni Qarabağı azad edib bir yerdə Şuşada qeyd etməliyik."
hemlemedia.az