hemle

Azərbaycan Texniki Universiteti magistrantların qeydiyyatı ilə bağlı ilkə imza atdı

Tarix:2-07-2020, 16:09
Baxış Sayı:566

Pandemiya və sərtləşdirilmiş karantin günlərində Azərbaycan Texniki Universiteti (AzTU) ali təhsilin magistratura səviyyəsinə qəbul olmuş bakalavrların sənədlərinin qeydiyyatı ilə bağlı ilkə imza atıb.

Belə ki, proses onlayn həyata keçiriləcək. Bakalavrlar AzTU-nun rəsmi saytında (aztu.edu.az) yaradılan müvafiq bölmədə qeydiyyatdan keçəcək. Qeydiyyatdan keçmiş bakalavr üçün şəxsi kabinet açılacaq və sənədlərin onlayn formada universitetə təqdim edilməsi təmin ediləcək.

Qeydiyyat zamanı şəxsiyyət vəsiqəsinin scan edilmiş surəti, universiteti bitirməyə dair arayış və ya​ diplomun scan edilmiş surəti, ödəniş qəbzi (ödənişli əsaslarla təhsil üçün), hərbi biletin scan edilmiş surəti və ya​ hərbi xidmətdə olmayanlar üçün çağırışçı vəsiqəsinin surəti, DİM-dən iş nömrəsi olan sənəd, 3×4 ölçüdə rəngli fotoşəkil (pdf,​ jpg) tələb olunur.​

Müraciət edənlə təhsil müəssisəsi arasında müqavilənin imzalanması qarşılıqlı sənəd mübadiləsi əsasında (elektron formada) həyata keçiriləcək. Belə ki, bakalavr universitet tərəfindən onun şəxsi kabinetinə göndərilən müqaviləni imzalayıb yenidən şəxsi kabinetinə yükləyəcək.

Sistemin iyul ayının 5-dən AzTU-nun​ rəsmi saytında fəaliyyətə başlaması planlaşdırılır
hemlemedia.az

Digər xəbərlər
14:43 “ƏDV geri al”anlara XƏBƏRDARLIQ
14:41 Bu ziyarətgaha gedənlərə şad xəbər
14:38 Sürücülük vəsiqəsi ilə bağlı MÜHÜM YENİLİK
14:35 NATO Mərkəzində Azərbaycan bayrağı qaldırıldı
14:33 Rusiya-Almaniya müharibəsi başlayır? - Çin xəbərdarlıq etdi
14:30 “Yeniyetmələri azərbaycanlılar qaçırıb” iddiasına Ermənistandan rəsmi reaksiya gəldi
14:27 İsrail İranın gizli planını açıqladı: hücum üçün görün hansı ölkədən dəstək alıblar
14:23 Leyla Əliyevanın təşəbbüsü ilə ailələrə qurban paylarının çatdırılması davam edir