hemle

AZTU-NUN 3 DEKANI İŞDƏN KƏNARLAŞDIRILDI – SƏBƏB?

Tarix:17-06-2020, 21:18
Baxış Sayı:471

İyunun 17-də Azərbaycan Texniki Universitetinin (AzTU) Elmi Şurasının növbəti onlayn iclası keçirilib. İclasda universitetin İctimai Şurasının üzvləri də iştirak edib.

ONN media xəbər verir ki, iclasda yay imtahan sessiyasının və imtahanların gedişı zamanı müraciətlər, onların cavablandırılması və nəticələri barədə məlumat verilib.

Tələbələrin biliyinin qiymətləndirilməsi üçün vahid bazanın formalaşdırılması üzrə mövcud problemlər müzakirə edilib. Bildirilib ki, sənəd dövriyyəsinin təşkili və işgüzar prosedurların aparılmasında nöqsanlar aşkar olunub. Yol verilən nöqsanların tərtibatı və məsuliyyət bölgüsünün aparılması üçün göstərişlər verilib. Sənədlərin düzgün formada dövriyyəsinin təşkili, vəzifəli şəxslərin imza səlahiyyətləri, sənədlərə düzəlişlərin edilməsi və sənədlərin ləğv olunması prosedurlarının aydınlaşdırılması təklif olunub.

Sənədlərin tərtib olunması və dövriyyəsində yaranmış ciddi şübhələr nəzərə alınaraq AzTU-nun “Nəqliyyat və logistika”, “Maşınqayırma və robototexnika”, “İnformasiya və telekommunikasiya texnologiyaları” fakültələrinin dekanları müvafiq yoxlamaların keçiriləcəyi dövr ərzində şəffaflığın təmini məqsədilə müvəqqəti olaraq işlərinin icrasından kənarlaşdırılıb.

İclasda universitetin Təcrübə və məzunlarla iş şöbəsinin adı dəyişdirilərək Karyera mərkəzi adlandırılıb. Qiymətləndirmə və monitorinq şöbəsi ilə Qeydiyyat şöbəsi birləşdirilərək onların bazasında Qeydiyyat, qiymətləndirmə və monitorinq şöbəsi yaradılıb.

ONN İnformasiya Agentliyi

Digər xəbərlər
14:43 “ƏDV geri al”anlara XƏBƏRDARLIQ
14:41 Bu ziyarətgaha gedənlərə şad xəbər
14:38 Sürücülük vəsiqəsi ilə bağlı MÜHÜM YENİLİK
14:35 NATO Mərkəzində Azərbaycan bayrağı qaldırıldı
14:33 Rusiya-Almaniya müharibəsi başlayır? - Çin xəbərdarlıq etdi
14:30 “Yeniyetmələri azərbaycanlılar qaçırıb” iddiasına Ermənistandan rəsmi reaksiya gəldi
14:27 İsrail İranın gizli planını açıqladı: hücum üçün görün hansı ölkədən dəstək alıblar
14:23 Leyla Əliyevanın təşəbbüsü ilə ailələrə qurban paylarının çatdırılması davam edir