hemle

BU ÖLKƏDƏ İKİ HƏFTƏLİK KARANTİN TƏTBİQ EDİLƏCƏK

Tarix:1-07-2020, 21:10
Baxış Sayı:475

Qazaxıstan Nazirlər Kabineti koronavirusla bağlı iyulun 5-dən etibarən 14 günlük karantin tətbiq etmək planını təqdim edib.

atesh,az saytı ONN media agentliyinə istinadən xəbər verir ki, bu barədə ölkə prezidenti Kasım-Jomart Tokayev “Twitter”dəki hesabında bildirib.

Qeyd olunub ki, ölkədə karantin müddəti uzadıla bilər. Sabah İdarələrarası Komissiyanın iclasından sonra səhiyyə nazirinin izahatı dinləniləcək.

Qeyd edək ki, Qazaxıstanda koronavirusla bağlı 16 mart-11 may ərzində fövqəladə vəziyyət tətbiq edilmişdi. Hazırda ayrı-ayrı bölgələrdə karantin məhdudiyyətləri qüvvədə olsa da, son günlər vəziyyətin kəskinləşməsi üzündən məhdudiyyətlər artırılıb.

İndiyədək 41 065 nəfərin koronavirusa yoluxduğu Qazaxıstanda 188 nəfər ölüb, 13 614 nəfər isə sağalıb.

hemlemedia.az

Digər xəbərlər
14:43 “ƏDV geri al”anlara XƏBƏRDARLIQ
14:41 Bu ziyarətgaha gedənlərə şad xəbər
14:38 Sürücülük vəsiqəsi ilə bağlı MÜHÜM YENİLİK
14:35 NATO Mərkəzində Azərbaycan bayrağı qaldırıldı
14:33 Rusiya-Almaniya müharibəsi başlayır? - Çin xəbərdarlıq etdi
14:30 “Yeniyetmələri azərbaycanlılar qaçırıb” iddiasına Ermənistandan rəsmi reaksiya gəldi
14:27 İsrail İranın gizli planını açıqladı: hücum üçün görün hansı ölkədən dəstək alıblar
14:23 Leyla Əliyevanın təşəbbüsü ilə ailələrə qurban paylarının çatdırılması davam edir