hemle

ƏRDOĞANDAN SƏRT ÇIXIŞ: İNSANLIQDAN KƏNAR OLANLAR…

Tarix:1-07-2020, 18:36
Baxış Sayı:406

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ölkədə sosial şəbəkələrin fəaliyyəti ilə bağlı narazılığını bildirib.

ATESH,AZ saytı ONN media agentliyinə istinadən xəbər verir ki, o, öz ailəsində sosial şəbəkələrlə bağlı problem yaşandığını bildirib:

“Ailə olaraq bir neçə gündür ki, ağrılı bir problemlə üzləşmişik. Ötən gecə 8-ci nəvəm dünyaya gəldi. Bərat bəy sosial şəbəkədə oğlunun anadan olmasının sevincini bölüşdü. On minlərlə insan təbriklərini ifadə edən şərhlər yazdı, bununla yanaşı insanlıqdan kənar olanlar təhqir yazmaqdan çəkinmədilər. Məhkəmə və hüquq-mühafizə orqanlarımız bu hörmətsizliyin edənlərin kimliyini müəyyənləşdirməyə və hərəkət etməyə başlayıblar”.

Prezident əlavə edib: ““YouTube”, “Twitter”, “Netflix” kimi sosial şəbəkələrə qarşı olmağımızın nə demək olduğunu anlayırsınızmı? Bu əxlaqsızlıqları aradan qaldırmaq üçündür. Sosial mediaya düzənlənməlidir. Bu istiqamətdə təkliflərimizi parlamentə göndərəcəyik. Türkiyə banan respublikası deyil. Qanuni tənzimləmə başa çatdıqda, girişə maneələr, məhkəmə və maliyyə sanksiyaları da daxil olmaqla bütün üsullar seçiləcək. Yalanın, böhtanın insan hüquqlarına hücumun baş alıb getdiyi bu məcrəların düzənlənməsi şərtdir. Bu cür media bu ölkəyə, bu millətə yaraşmaz. Parlamentimizdən bu cür sosial media kanallarının ölkədə tamamilə yasaqlanmasını istəyirik”. /Cebhe. info/
ATESH,AZ

Digər xəbərlər
22:04 Bu əsgərlərlə görüşə məhdudiyyət qoyuldu
22:01 Yaxın beş ildə dünya tarixin ən isti ilini yaşayacaq
21:52 Pentaqon Çinin hücumundan qorxur: Bunu aşkar etmək çox çətin olacaq
21:46 Kartınızdakı pullar bu üsulla da oğurlana bilər - XƏBƏRDARLIQ
19:56 Rotterdamda “Qərbi Azərbaycana Qayıdışa Dəstək” adlı beynəlxalq tədbir keçirildi
15:13 Paşinyanın kilsə ilə müharibəsinin şifrələri: Azərbaycan amili niyə önəmlidir?
14:54 "WhatsApp"da yeni dövr: Sizi telefon nömrənizlə əlavə etməyən insanlar...
14:49 ABŞ-da sensasion tələb: Bu senator həbs edilsin, yoxsa III Dünya müharibəsi olacaq