hemle

3 GÜN MÜDDƏTLƏ KÜÇƏYƏ ÇIXMA MƏHDUDİYYƏTİ DAVAM EDƏCƏK – ƏRDOĞAN ELAN ETDİ

Tarix:27-04-2020, 22:22
Baxış Sayı:412

Türkiyə Cümhuriyyətinin Prezidenti Rəcəb Tayyib Ərdoğan mayın 1-dən etibarən də 31 şəhərdə 3 gün müddətlə küçəyə çıxma məhdudiyyətinə gediləcəyini elan edib.

ONN media xəbər verir ki, R.T.Ərdoğan Prezident Kabinetindəki toplantısından sonra açıqlama verərək bildirib:

“İnşallah, dünyəvi bir fəlakət halını alan COVID-19 xəstəliyinin öhdəsindən gələrək Ramazanın sonunda ikiqat bayram etməyi arzu edirik. Xəstə və ölüm sayımız azalır. Sağalan xəstə sayının yeni yoluxanların sayını keçməsi önəmli bir qırılma nöqtəsidir. Ölkə və millət olaraq koronavirus infeksiyasına qarşı apardığımız mübarizənin konkret nəticələrini almağa başladığımız bir dönəmə girmişik”.

Türkiyə Prezidenti bildirib ki, qadağa mayın 1-i gecə saatlarından başlayacaq və mayın 3-ü bazar günü gecəyə kimi davam edəcək. Bu müddətdə marketlər saat 09:00-dan 14:00-a kimi fəaliyyət göstərəcək.

ONN İnformasiya Agentliyi

Digər xəbərlər
21:56 Ermənistanın hərbi təcavüzü məhkəmədə - Tərtər döyüşlərinin şahidi danışdı
21:51 Hansı torpaqlar vətəndaşdan geri alına bilər? - AÇIQLAMA
21:49 Azərbaycanda ötən illə müqayisədə qohum evliliklərinin sayı necə dəyişib?
21:45 Elgün İbrahimovun ölümündə maraqlı məqam
19:21 "Azəriqaz” İB-də 28 May - Müstəqillik Gününə həsr olunmuş şahmat yarışı keçirilib
18:42 Azərbaycanın müstəqilliyinin 107 illiyi münasibəti ilə Türkdilli Dövlətlərin siyasətinə dəstək fondu kitab sərgisi keçirdi
10:52 Yaxın 5 il ərzində baş verəcək - Dünyanı görün hansı təhlükə gözləyir
10:48 Nazirlik valideynlərin narazılığına səbəb olan qərarı ləğv etdi